Premyer.Az > İdman > Kikboksinq üzrə rayon birinciliyi keçirilib

Kikboksinq üzrə rayon birinciliyi keçirilib

15 noyabr  2016-cı il tarixdə Bərdə rayon Gənclər və İdman idarəsinin təşkilatçılığı ilə Qarabağ idman klubunun zalında yeniyetmələr arasında Milli Dirçəliş gününə həsr olunmuş kikboksinq üzrə rayon birinciliyi keçirilmişdir.
 
Premyer.az bildirir ki, yarışda 8 çəki dərəcəsində 50 kikboksçu öz güclərini sınamışlar.               
 
Tədbiri giriş sözü ilə Bərdə rayon Gənclər və İdman idarəsinin baş məsləhətçisi Aydın Qasımov açaraq valideynləri və idmançıları qarşıdan gələn Milli Dirçəliş günü münasibətilə ilə təbrik etdi.Sonra o,respublikamızda idmanın inkişafına ölkə rəhbərliyi tərəfindən göstərilən diqqət və qayğıdan,azərbaycan idmançılarının müxtəlif səviyyəli beynəlxalq yarışlarda əldə etdikləri yüksək nailiyyətlərdən danışaraq qeyd etdi ki,bu yaxınlarda həmyerlimiz,artıq 5 qat dünya çempionu,kikboksçu  Kamil Şərifov İtaliyanın Karara şəhərində keçirilən Dünya çempionatında qızıl medal qazanaraq üçrəngli bayrağımızı yüksəklərə qaldırmışdır. İdarəmizin təşkilatçılığı ilə onunla  keçirilən görüşdə sizlərdə iştirak etmisiniz.
              
Qarabağ idman klubunun sədri, kikboksinq üzrə məşqçi Ədalət Əsədov yarışın keçirilməsi qaydaları barədə məlumat verdi və idmançılara uğurlar arzuladı.
              
Rayon birinciliyi gərgin idman mübarizəsi şəraitində keçmişdir.
              
Hər çəki dərəcəsində I,II.və III yerləri tutmuş idmançılara Bərdə rayon Gənclər və İdman idarəsinin müvafiq dərəcəli diplomları təqdim olunmuşdur.
               
Yarış əsasnaməyə uyğun olaraq keçirilmiş və keçirilmə vaxtı heç bir əsasnamə pozuntusuna yol verilməmişdir.     





Geri