
14-18 dekabr 2017-ci il tarixdə Bakı İdman Sarayında sərbəst və
yunan-Roma güləşi üzrə böyüklər arasında növbəti Azərbaycan çempionatı
keçiriləcək.
Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi
və Azərbaycan Güləş Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən
yarışlarda 18 yaşı tamamlamış, 1999-cu il və yuxarı təvəllüdlü
idmançılar iştirak edə bilərlər. Şəxsi xarakter daşıyan yarışlarda idman
cəmiyyətləri, idman klubları, idman təşkilatları, şəhər və rayon yığma
komandalarının tərkibinə daxil olan idmançılar mübarizə aparacaq.
Dünya Güləş Birliyinin qaydalarına əsasən keçiriləcək yarışlar
Azərbaycan Güləş Federasiyası Hakimlər Kollegiyasının təyin etdiyi
hakimlər tərəfindən idarə olunacaq. Sərbəst güləşçilər 57, 61, 65, 70,
74, 79, 86, 92, 97 və 125 kq-a qədər, yunan-Roma güləşçiləri isə 55, 60,
63, 67, 72, 77, 82, 87, 97 və 130 kq-a qədər çəki dərəcələrində
qüvvələrini sınayacaqlar.
Azərbaycan çempionatı bu il yeniyetmə
güləşçilərin Qitə və Dünya birinciliklərində sınaqdan keçirilən və 2
günlük yarış proqramı üzrə təklif olunan yeni qaydalara uyğun təşkil
olunacaq. Belə ki, yarışlardan bir gün öncə püşkatma mərasimi, ilk yarış
günündə ilkin və təsəlliverici görüşlər, ikinci yarış günündə isə final
görüşləri keçiriləcək. Əvvəllər bir gün öncə baş tutan çəki mərasimi
bundan sonra yarış günləri keçiriləcək və finala vəsiqə qazanmış
idmançılar iki dəfə çəki prosesinə cəlb olunacaq. İkinci dəfə tərəziyə
çıxan idmançılara normadan 2 kiloqramadək artıq çəkidə güləşməyə icazə
veriləcək.
Çəki dərəcələri üzrə ilk 3 yeri tutmuş idmançılar AGF
tərəfindən müvafiq diplom, medal və pul mükafatı ilə
mükafatlandırılacaq, onlar ölkə yığma komandasının heyətinə cəlb
ediləcək və il ərzində komandanın iştirak edəcəyi beynəlxalq yarışlarda
ölkəmizi təmsil etmək imkanı qazanacaqlar.
Proqram
13 dekabr 2017-ci il
Saat 16:00-17:00 - Yunan-Roma güləşi üzrə püşkatma mərasimi: 55, 63, 72, 82 və 97 kq
14 dekabr 2017-ci il
Saat 9:00-9:30 - Yunan-Roma güləşi üzrə çəki: 55, 63, 72, 82 və 97 kq (ilkin görüşlər üçün)
Saat 10:30-15:00 - Yunan-Roma güləşi üzrə ilkin görüşlər: 55, 63, 72, 82 və 97 kq
Saat 16:00 - Yunan-Roma güləşi üzrə püşkatma: 60, 67, 77, 87 və 130 kq
Saat 17:00-17:30 - Yarışların açılış mərasimi
Saat 17:30-20:00 - Yunan-Roma güləşi üzrə yarımfinal və təsəlliverici görüşlər: 55, 63, 72, 82 və 97 kq
15 dekabr 2017-ci il
Saat 9:00-9:30 - Yunan-Roma güləşi üzrə çəki: 60, 67, 77, 87 və 130 kq (ilkin görüşlər üçün)
Saat 9:30-9:45 - Yunan-Roma güləşi üzrə çəki: 55, 63, 72, 82 və 97 kq (final görüşləri üçün)
Saat 10:30-15:00 - Yunan-Roma güləşi üzrə ilkin görüşlər: 60, 67, 77, 87 və 130 kq
Saat 16:00 - Sərbəst güləş üzrə püşkatma: 57, 65, 74, 86 və 97 kq
Saat 16:30-18:30 - Yunan-Roma güləşi üzrə yarımfinal və təsəlliverici görüşlər: 60, 67, 77, 87 və 130 kq
Saat 18:30-20:00 - Yunan-Roma güləşi üzrə final görüşləri: 55, 63, 72, 82 və 97 kq
16 dekabr 2017-ci il
Saat 9:00-9:30 - Sərbəst güləş üzrə çəki: 57, 65, 74, 86 və 97 kq (ilkin görüşlər üçün)
Saat 9:30-9:45 - Yunan-Roma güləşi üzrə çəki: 60, 67, 77, 87 və 130 kq (final görüşləri üçün)
Saat 10:30-15:00 - Sərbəst güləş üzrə ilkin görüşlər: 57, 65, 74, 86 və 97 kq
Saat 16:00 - Sərbəst güləş üzrə püşkatma: 61, 70, 79, 92 və 125 kq
Saat 16:30-18:30 - Sərbəst güləş üzrə yarımfinal və təsəlliverici görüşlər: 57, 65, 74, 86 və 97 kq
Saat 18:30-20:00 - Yunan-Roma güləşi üzrə final görüşləri: 60, 67, 77, 87 və 130 kq
17 dekabr 2017-ci il
Saat 9:00-9:30 - Sərbəst güləş üzrə çəki: 61, 70, 79, 92 və 125 kq (ilkin görüşlər üçün)
Saat 9:30-9:45 - Sərbəst güləş üzrə çəki: 57, 65, 74, 86 və 97 kq (final görüşləri üçün)
Saat 10:30-15:00 - Sərbəst güləş üzrə ilkin görüşlər: 61, 70, 79, 92 və 125 kq
Saat 16:00-18:00 - Sərbəst güləş üzrə yarımfinal və təsəlliverici görüşlər: 61, 70, 79, 92 və 125 kq
Saat 18:00-20:00 - Sərbəst güləş üzrə final görüşləri: 57, 65, 74, 86 və 97 kq
18 dekabr 2017-ci il
Saat 9:00-9:15 - Sərbəst güləş üzrə çəki: 61, 70, 79, 92 və 125 kq (final görüşləri üçün)
Saat 11:00-14:00 - Sərbəst güləş üzrə final görüşləri: 61, 70, 79, 92 və 125 kq