"Bakı-2017”
IV İslam Həmrəyliyi Oyunlarının qalibləri və mükafatçıları olan
idmançılarımızın şərəfinə Azərbaycan Milli Olimpiya Komitəsi (MOK)
tərəfindən təşkil olunan "Zəfər günləri” adlı xüsusi tədbir davam edir.
Premyer.az bu gün, mayın 22-də keçirilmiş tədbirdən eksklüziv
fotoşəkilləri oxucuların diqqətinə çatdırır. Qeyd edək ki, "Zəfər
günləri” Oyunların keçiriləcəyi hər gün təşkil olunacaq.