
Mərhum
qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunan Shamkir Chess 2017
turnirində ilk tura yekun vurulub.
Premyer.az bildirir ki, Synergy Group-un təşkilatçılığıyla
keçirilən turnirin ilk turunda Azərbaycanın hər iki təmsilçisi qara
fiqurlarla oynayıb. Şəhriyar Məmmədyarov turnirin reytinq favoriti Uesli
Soya (ABŞ) qalib gəlib. Teymur Rəcəbov isə Pavel Elyanova (Ukrayna)
uduzub.
Vüqar Həşimov Memorialı
I tur
Radoslav Voytaşek (Polşa) - Vladimir Kramnik (Rusiya) – 0.5:0.5
Veselin Topalov (Bolqarıstan) - Maykl Adams (İngiltərə) – 0.5:0.5
Uesli So (ABŞ) - Şəhriyar Məmmədyarov (Azərbaycan) – 0:1
Sergey Karyakin (Rusiya) - Pentala Harikrişna (Hindistan) – 0.5:0.5
Pavel Elyanov (Ukrayna) - Teymur Rəcəbov (Azərbaycan) – 1:0