
"IV İslam Həmrəyliyi Oyunları
zamanı regionlardakı nəqliyyat vasitələrinin müəyyən müddətlərdə Bakıya
daxil olmasına bəzi məhdudiyyətlər tətbiq olunacaq".
Premyer.az APA-ya istinadən xəbər verir ki, bunu Baş Dövlət
Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran
Əliyev deyib. O bildirib ki, zolaqlardan kənarda, xüsusilə də şəhərin
mərkəzi hissələrində nəqliyyat vasitələrinin hərəkətinə hər hansı bir
məhdudiyyət hələlik nəzərdə tutulmayıb.
K. Əliyev qeyd edib ki, qadağan olunmuş zolağa daxil olmaya görə
cərimələr qanunvericiliyə uyğun olaraq 40 manat miqdarında nəzərdə
tutulub.