
Artıq
Bakı 2017 İslam Həmrəyliyi oyunlarına 55 gün qaldı. Premyer.az xəbər verir ki, açılış mərasimi 12
May tarixində Olimpiya stadionunda keçiriləcəkdir. 55 gün qaldığı
ərəfədə oyunların ilk bileti Azərbaycan Prezidenti İlham Əliyevə və
Birinci vitse-prezident, eyni zamanda Bakı 2017 Təşkilat Komitəsinin
Sədri Mehriban xanım Əliyevaya təqdim olundu.
Biletlərin
təqdimatı Novruz bayramına təsadüf etdiyi üçün, Azərbaycan Prezidenti və
Birinci vitse-prezident xalqla birlikdə gecə ilə gündüzün
bərabərləşməsi ilə yeni ilin gəlişi- Novruz bayramını qeyd edirdi, bu
zaman Bakı 2017-nin iki könüllüsü onlara yaxınlaşıb, biletləri təqdim
etdi.
Yeri gəlmişkən, Bakı-2017 İslam Həmrəyliyi oyunlarının bir
hissəsi olmaq, öz dəstəyini vermək üçün 8,000-dən artıq Azərbaycan gənci
Könüllü Proqramının bir hissəsi olmaq üçün qeydiyyatdan keçmişlər.
Bu
proqramın bir hissəsi kimi, könüllülər Oyunların ictimaiyyətə
çatdırılmasında vacib rol oynamaqla yanaşı, liderlik, təqdimat və
ünsiyyət yaratma bacarıqları üzrə təlimlərdən bəhrələnəcəklər.
Bakı
2017 İslam Həmrəyliyi Oyunlarına biletlərin ümumi satışı 19 mart (bazar
günü) tarixində reallaşacaq. Bu münasibətlə Gənclik Mall-da idmançı və
ulduz səfirlər: İlham Zəkiyev, Fəridə Əzizova, Tünzalə Ağayeva və Hacı
Nuran və Bakı 2017 Maskotları-İncə və Cəsurun iştirakı ilə xüsusi tədbir
təşkil olunacaq. Tədbir zamanı tamaşaçılar idman sessiyaları və konsert
proqramlarına qoşulmaq üçün müxtəlif müsabiqələrdə iştirak edərək,
bilet qazanmaq imkanı əldə edəcəklər.
Cəmi 500,000 bilet satışa
çıxarılacaq. Bakı 2017 islam Həmrəyliyi Oyunlarında azarkeşlər 20 idman
növü və 170 idman sessiyasını izləmək imkanı əldə edəcək. Bütün idman
sessiyaları üçün biletin qiyməti 2-5AZN arasında dəyişəcək.
Bakı
2017 təşkilatçıları biletləri Bakı 2015 Avropa Oyunlarında olduğu kimi
münasib və əlverişli qiymətlərlə satılmasını təmin edəcək ki, daha çox
ailələr və gənc azarkeşlər bu yazda baş tutacaq heyrətamiz idman
yarışından zövq ala bilsin. Bakı 2017, 16 yaşına kimi bütün gənc nəsli
güzəştli biletlərdən yararlanmağa səsləyir, belə ki, 13 idman
sessiyalarına onlar pulsuz buraxılacaq. 2-16 yaşlı uşaqlar üçün Heydər
Əliyev adına arena, Milli Gimnastika arenası və Tofiq Bəhramov adına
stadionlara təyinatlı biletlərin qiyməti 1 AZN olacaq.
Möhtəşəm
Bakı Olimpiya Stadionu dünyanın hər yerindən gələn idman həvəskarlarını
12-22 may tarixlərində Bakı 2017 tərəfindən təşkil olunacaq Açılış və
Bağlanış mərasimlərində salamlayacaq. Açılış mərasiminə biletin qiyməti
20-200 AZN civarında, Bağlanış mərasimi üçün isə 10-100AZN civarında
dəyişəcək.
İdman həvəskarlarının nəzərinizə çatdırırıq ki, Bakı
2017 İslam Həmrəyliyi Oyunları üçün biletləri Bakı 2017 rəsmi elektron
vebsaytı- www.baku2017.com/tickets vasitəsilə, yaxud Bakının müxtəlif yerlərində quraşdırılacaq 12 satış məntəqəsindən əldə edilə bilər.
Bakı
2017 Oyunlarının biletlərinin təqdimatından sonra IV İslam Həmrəyliyi
Oyunları Əməliyyat Komitəsinin korporativ direktoru Elçin Səfərov dedi:
"Bakı 2017 İslam Həmrəyliyi Oyunlarında mübarizə aparacaq 50-dən artıq
ölkənin idmançılarını Azərbaycanda salamlamağı səbirsizliklə
gözləyirik. Oyunların Azərbaycanda keçirilməsi gözəl ölkəmizi təbliğ
etməklə bərabər, həm də xalqımıza yüksək səviyyəli beynəlxalq idman
yarışlarını seyr etmək şansı yaradır. Bilet qiymətlərini münasib
saxlamaqla biz, hər bir kəsi bu möhtəşəm beynəlxalq idman tədbirinə
gəlib, onun bir hissəsi olmağa çağırırıq.
Biz ölkəmizin müxtəlif
yerlərindəki gənclərdən 12,000-dən artıq ərizə almışıq, onlar Oyunlar-
zamanı Könüllülərin 8,000 üzvündən biri olmaq istəklərini bildirmişlər.
Biz bundan qürur duyuruq, çünki bu qədər gənc Oyunların bir hissəsi
olmaq istəyir və inanırıq ki, Bakı 2017 Azərbaycanda artmaqda olan
könüllülük mədəniyyətinin bariz nümunəsini bir daha nümayiş etdirəcək.
Biz
inanırıq ki, könüllülərə keçdiyimiz təlim və təlimatlandırma onların
yalnız Oyunlar-zamanı öhdələrinə düşən rolunu layiqincə yerinə
yetirmələri ilə məhdudlaşmayacaq, eyni zamanda onları gələcək
karyeralarını qurmaqda lazımi bilik, bacarıq və təcrübə ilə təmin
edəcək.”
- See more at:
https://www.baku2017.com/az/xeberler/biletlar-prezidenta-va-birinci-vitse-prezidenta-taqdim-olundu#sthash.YImYKqWN.dpuf