» » » Bakıda keçiriləcək cüdo üzrə "Böyük Dəbilqə" turnirinin vaxtı dəyişdirildi

Bakıda keçiriləcək cüdo üzrə "Böyük Dəbilqə" turnirinin vaxtı dəyişdirildi

Ənənəvi olaraq hər il may ayının ilk həftəsində keçirilən cüdo üzrə Böyük dəbilqə turnirinin təqvimində dəyişiklik baş verib. Premyer.az bildirir ki, turnir əvvəldən planlaşdırıldığı kimi may ayında yox, martda keçiriləcək. Buna səbəb Bakının mayda 4-cü İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etməsidir. Beynəlxalq cüdo federasiyasının rəsmi saytında yer alan təqvimdə Böyük dəbilqə turnirinin martın 10-dan 12-nə kimi davam edəcəyi göstərilib. Dünyanın ən güclü cüdoçuları paytaxtımızın qonağı olmazdan öncə fevral ayında Paris və Düsseldorfda keçiriləcək Böyük Dəbilqə və Qran Pri yarışlarında qüvvəsini sınayacaq. Ümumilikdə təqvimdə 5 Böyük Dəbilqə və eyni sayda Qran pri yarışları yer alıb. Təqvimə əsasən mövsümə dekabrda Tokioda keçiriləcək Böyük Dəbilqə turniri ilə yekun vurulacaq.
598     
Reklam

Reklam