» » » Millimizin basketbolçusu "O Səs Türkiyə"ni heyran etdi (MÜSAHİBƏ, FOTOLAR, VİDEO)

Millimizin basketbolçusu "O Səs Türkiyə"ni heyran etdi (MÜSAHİBƏ, FOTOLAR, VİDEO)

Azərbaycanlı basketbolçu Nofəl Aslanov, "O Səs Türkiyə" müsiqili yarışmasına qatılıb. Premyer.az bildirir ki, Türkiyənin TV8 kanalında yayımlanan populyar müsabiqədə qüvvəsini sınayan Nofəl, dünən yayımlanan efirdə, münsiflər heyətini italyan dilində ifa etdiyi "Caruso" mahnısı ilə heyrətləndirib.
 
Oxucularımıza maraqlı olacağını nəzərə alaraq, Nofəlin özü ilə əlaqə saxlayıb, yarışma və idmançı karyerası haqqında fikirlərini öyrəndik.
 
-          İlk öncə "O Səs Türkiyə" müsiqili yarışmasında dünənki uğurlu debütunla əlaqədar səni təbrik edirik...
-          Çox sağ olun. Fürsətdən istifadə edərək, mənə dəstək olan hər kəsə saytınız vasitəsilə öz minnətdarlığımı bildirirəm. İnanıram ki bu yarışmada ölkəmizi layiqincə təmsil edəcəm.
  
-          Bəykə də bir çoxları sənin professional basketbolçu olmağını bilmir. Öz idmançı karyeran haqqında oxucularımıza bir az məlumat verərdin..
-          Basketbolnan uşaqlıq yaşlarımdan, daha dəqiq desəm, 5 yaşımdan, "Renat” idman klubunda  məşğul olmağa başlamışam. İlk məşqçim Tahir Urazayev olub. Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının "Basketbol” fakultəsinin məzunuyam. "Azəri”, "U-17”, "Qərb Universiteti” və "AzTop” komandalarının və Gənclərdən ibarət Azərbaycan Milli basketbol komandasının şərəfini qorumuşam.
 
-          Nailiyyətlərin olub mu?
-          Bəli. 2015/16 mövsümunda "AzTop” komandasının heyətində Azərbaycan çempionu adını qazanmışam. Gənclər yığmamızın tərkibində isə "C” divizionunda Avropa çempionu olmuşam.
 
-          Musiqiyə həvəsin necə yaranıb?
-          Musiqi ilə də, idmanla olduğu kimi, uşaqlıq yaşlarımdan maraqlanmağa başlamışam. Professional olaraq, 20 yaşımdan oxuyuram. Müsiqinin sirrlərini Üzeyir Hacıbəyov adına Musiqi Akademiyasında öyrənməyə başlamışam. Xuraman Qasımova kimi tatınmış sənətkarımızın sinifində oxumuşam. Müəlliməm Jalə xanım Qarayeva olub. Hal-hazırda təhsilimi İtaliyanın Roma şəhərində yerləşən Sent Luis Musiqi Kollecində davam etdirirəm.
 
-          Bəs musiqi sahəsində necə, nailiyyətlərin var mı?
-          "O Səs Türkiyə" yarışmasından başqa, "Azərbaycanın Səsi” yarışmasında da öz qüvvəmi sınamışam və yarımfinala qədər irəliləməyi bacarmışam.
 
-          Həm idman, həm də musiqi ilə eyni anda məşğul olmaq sənə çətin deyil mi?
-          Əlbətdə ki, çətindir. Elə bu səbəbdən də professional  idmançı karyerama demək olar ki, son qoymuşam. Boş vaxtlarımda, fiziki formamı saxlamaq üçün, həvəskar səviyyədə idmanla məşğul oluram.
 
-          Belə çıxır ki, gələcək həyatını ancaq müsiqiyə bağlamısan?
-          Bəli. Musiqi sahəsində planlarım böyükdür. İnşallah addım-addım bütün önümə qoyduğum məqsədlərə çatacam. Buna inanıram.
 
-          Müsahibə üçün təşəkkür edirik. Gələcək karyeranda sənə uğurlar arzulayırıq.
 
Hazırladı: Rauf İskəndərov / Premyer.az
 
1673     
Reklam

Reklam