» » » "17 noyabr - Milli Dirçəliş günü"nə həsr olunmuş dama turniri keçirilib

"17 noyabr - Milli Dirçəliş günü"nə həsr olunmuş dama turniri keçirilib

15 noyabr 2016-cı il tarixdə "İstək” liseyində Nərimanov Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə "17 noyabr - Milli Dirçəliş günü"nə həsr olunmuş dama üzrə rayon turniri keçirilib.
Olimpiya sistemi üzrə keçirilən turnirdə 18 komanda tərkibində 108 nəfər məktəbli iştirak etmişdir.
 
Premyer.az xəbər verir ki, turnirdə I yeri 258 saylı məktəbin, II yeri "İstək” liseyin, III yeri isə 212 saylı məktəbin komandaları tutmuşlar.
Turnirin mükafatlandırma mərasimində Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin baş məsləhətçisi, paytaxtın şahmat idman növü üzrə koordinator-kuratoru Salman Əbdülov çıxış edərək turnir iştirakçılarını qarşıdan gələn "17 noyabr - Milli Dirçəliş günü" münasibətilə təbrik etmiş, şahmatın inkişafında xüsusilə gənclər arasında keçirilən turnirlərin böyük rol oynadığını bildirmişlər.
Turnirdə I, II və III yerləri tutmuş komandalar Nərimanov Rayon Gənclər və İdman İdarəsi tətəfindən müvafiq dərəcəli diplom və medallar ilə təltif olunmuşlar.
703     
Reklam

Reklam