» » » “18 oktyabr - Milli Müstəqillik Günü” münasibətilə atletika üzrə rayon birinciliyi keçirilib

“18 oktyabr - Milli Müstəqillik Günü” münasibətilə atletika üzrə rayon birinciliyi keçirilib

11 oktyabr 2016-cı il tarixdə İsmayıllı şəhər 3 saylı məktəb-liseydə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin, İsmayıllı rayon İcra Hakimiyyətinin və İsmayıllı rayon Gənclər və İdman idarəsinin birgə təsdiq etdiyi Gənclər və İdman idarəsinin 2016-cı ilin II yarımilliyi üçün perspektiv iş və tədbirlər planına uyğun olaraq "18 oktyabr - Milli Müstəqillik Günü” münasibətilə yeniyetmələr və gənclər arasında atletika üzrə rayon birinciliyi keçirilib.
Premyer.az bildirir ki, yarışı giriş sözü ilə açan Gənclər və İdman Idarəsinin rəis müavini Rauf Rəcəbov çıxış edərək idmançıları salamladı, 1991-ci il avqustun 30-da Azərbaycan Ali sovetinin Azərbaycan Respublikasının istiqlaliyyəti haqda bəyannamə qəbul olunduğu və 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikası Ali Soveti Azərbaycanın istiqlaliyyəti, Konstitusiya aktının qəbul edilməsi barədə geniş nitq səsləndirdi. O eyni zamanda 1994-cü ilin 15 oktyabr tarixindən Azərbaycan Respublikasının Prezidentinin fərmanı ilə 18 Oktyabr - Dövlət Müstəqilliyi gününün hər il qeyd edilməsini vurğuladı və 18 oktyabr sadəcə təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gün olduğunu səsləndirdi, dövlətimizin idmana olan qayğısından bəhs etdi. Bunun göstəricisi kimi ölkədə müxtəlif idman növlərinin sürətlə inkişafı və beynəlxalq yarışlarda qazanılan uğurları iştirakçıların diqqətinə çatdırdı və çıxışının sonunda idmançılara uğurlar arzuladı. Birincilikdə qalib gəlmiş idmançılar Gənclər və İdman idarəsinin diplom və medalları ilə təltif olundular.
988     
Reklam

Digər xəbərlər

Reklam