» » » 42-ci Şahmat Olimpiadası, V tur: Azərbaycan Hindistan və Almaniyaya qarşı

42-ci Şahmat Olimpiadası, V tur: Azərbaycan Hindistan və Almaniyaya qarşı

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında V turun təqvimi müəyyənləşib.
Premyer.az Bakı Şahmat Olimpiadasının mətbuat xidmətinə istinadən xəbər verir ki, hesabat turunda kişilərdən ibarət əsas milli komandamız Hindistanla qarşılaşacaq.
 
4 turdan sonra hər iki komanda itkisiz irəliləyir. İkinci komandamız Türkmənistanla, üçüncü yığmamız isə Zimbabve ilə qarşılaşacaq. Maraqlıdır ki, daha əvvəl Zimbabve əsas yığmamıza uduzub. Türkmənistan isə son turda üçüncü millimizə qalib gəlib. 
 
Qadınlardan ibarət əsas yığmamızın rəqibi Almaniya olacaq. İkinci millimiz İspaniyanı, üçüncü komandamız isə Özbəkistanı sınağa çəkəcək. 

Qeyd edək ki, üçüncü turda qadınlardan ibarət ikinci komandamız Almaniya ilə heç-heçə oynayıb.
721     
Reklam

Digər xəbərlər

Reklam