» » » Dama, Şahmat və Nərd birincilikləri keçirilib

Dama, Şahmat və Nərd birincilikləri keçirilib

18 iyun 2016-cı il tarixdə Binəqədi rayonu Heydər Əliyev adına istirahət parkında Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi, Binəqədi rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə ahıl vətəndaşların asudə vaxtlarının səmərəli təşkili məqsədilə Binəqədi rayon qəsəbə və sahə inzibati ərazi dairələri arasında "Dama”, "Şahmat” və "Nərd” birincilikləri keçirilib.
Premyer.az bildirir ki, yarışın nəticəsinə görə "Dama” idman növü üzrə Hüseyn Heydərov I yeri, Daşdəmir Muradov II yeri, Vidadi Niyazov III yeri ; "Şahmat” idman növü üzrə Samir Cavadzadə I yeri, Oruc Fərəczadə II yeri, Mürşüd Qurbanov III yeri; "Nərd” idman növü üzrə Ramiz Vəliyev I yeri, Zaman Allahverdiyev II yeri, Xandadaş Şəkərov III yeri tutub.
Sonda qaliblər Binəqədi rayon Gənclər və İdman İdarəsi tərəfindən diplom və xatirə hədiyyələri ilə mükafatlandırılmışlar.     Mükafatlandırma mərasimində Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin baş məsləhətçisi Salman Əbdülov, Binəqədi rayon Gənclər və İdman İdarəsinin aparıcı məsləhətçisi Rafiq Nəsirov və Binəqədi rayonu 3 nömrəli Uşaq Gənclər Şahmat İdman Məktəbinin direktoru Natiq Məmmədov iştirak ediblər.
741     
Reklam

Digər xəbərlər

Reklam