
21-26 iyun 2016-cı il tarixdə Rumıniyanın paytaxtı Buxarest şəhərində
güləş üzrə gənclər arasında Avropa çempionatı keçiriləcək.
Premyer.az bildirir ki, çempionatın
ilk iki günündə yunan-Roma güləşçiləri mübarizə aparacaq. Yığma
komandanın böyük məşqçisi Şaban Donat, məşqçilər Zöhrab Abbasov və Turac
Hüseynlinin rəhbərliyi altında Buxarestə Azər Nəsibli (50 kq), Nofəl
Babayev (55 kq), Mikayıl Rəhmanov (60 kq), Sənan Süleymanov (66 kq),
Mehrac Kərimov (74 kq), İslam Abbasov (84 kq), Soslan Fanziyev (96 kq)
və Adəm Cəlilov (120 kq) yollanıb.
İyunun 23-24-də çempionatda
gənc qızlar mübarizəyə qoşulacaq. Böyük məşqçi Konstantin Konorev və
məşqçi Aslan Ağayevin rəhbərliyi altında çempionatda 5 güləşçimiz
iştirak edəcək. Ölkəmizi Zelfira Ələkbərli (44 kq), Sona Tumarxanova (48
kq), Səbinə Həmzəlzadə (51 kq), Şəbnəm Əhmədova (55 kq) və Elis
Manolova (67 kq) təmsil edəcək.
Avropa çempionatının son iki
günündə mübarizəyə sərbəst güləşçilər qoşulacaq. Yığma komandanın böyük
məşqçisi Əsgərxan Novruzov və məşqçi Rövşən Hacıyevin rəhbərliyi altında
çempionata Əliabbas Rzazadə (50 kq), Mahir Əmiraslanov (55 kq), Əli
Rəhimzadə (60 kq), Fazil Həsənov (66 kq), Murad Süleymanov (74 kq),
Hacımurad Məhəmmədsəidov (84 kq), Məhəmmədrəsul Qazıməhəmmədov (96 kq)
və Alimaqomed Alixmoyev (120 kq) yollanacaq.
Çempionatda görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim İntiqam Alıyev təmsil edəcək.
Yarışları aşağıdakı linkdən canlı izləmək mümkündür.
https://unitedworldwrestling.org/event/european-championship-junior-1
Məlumat üçün bildirək ki, ötən il keçirilən Avropa çempionatında gənclərimiz yeni tarix yazaraq ümumilikdə 5 qızıl, 4 gümüş, 6 bürünc medal qazanıb.