
Daha
öncə də qeyd etdiyimiz kimi, Milli
Məclisin Sədr müavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyevin təşəbbüsü
ilə, adı çəkilən komitə tərəfindən, "Yaşatmaq, yaşamaq qədər gözəldir” adlı qanvermə aksiyaları
keçirilir.
Premyer.az xəbər verir ki, artıq bu aksiyaya, tanınmış
idmançılarımız Hacı Əliyev, Elxan Məmmədov, Eduard Məmmədov və digərləri ilə
yanaşı, orta və ümumtəhsil məktəblərinin bədən tərbiyəsi müəllimləri və bir
sıra vətəndaşlarımız da qoşulub.
Belə ki, Bakının 329 nömrəli tam orta məktəbinin bədən
tərbiyyəsi müəllimi – idmançı Tural Yaqubov və Biləcəri qəsəbəsinin sakini
Rövşən İbrahimov, Premyer.az saytının çağırışına qoşularaq, talassemiya
xəstəliyindən əziyyət çəkən, Şəki şəhər sakini, 13 yaşlı Ağaxan Abdullayevə
donorluq ediblər.
Qan qrupu 2 müsbət
rezus (RH II +) olan Ağaxan Abdullayev, anası ilə birlikdə Şəki şəhərində
yaşayır və hər ayın əvvəlində Bakıya, Qan Bankına gələrək, qan alma proseduru
keçir. Lakin, təəssüflər olsun ki, ailə, Covid-19 koronavirusu ilə əlaqədar,
son aylar donor tapmaqda çətinlik çəkir.
Ağaxanın anası Şərifə Abdullayeva, bu gözəl və xeyirxah
təşəbbüsünə görə, Millət Vəkili Adil Əliyevə və onun təşəbbüsünə və Premyer.az
saytının çağırışına qoşularaq, oğlu Ağaxan Abdullayevə donorluq edən Tural
Yaqubova və Rövşən İbrahimova və onların simasında bütün könüllü donorlara, bu
çətin günlərdə onlara dəstək olduqları üçün, saytımız vasitəsi ilə, öz dərin təşəkkürünü
bildirib.
DONORLUQ ETMƏK İSTƏYƏN KÖNÜLLÜLƏRİN DİQQƏTİNƏ!
Məlumat üçün bildiririk ki, Qan Bankında donorların
təhlükəsiz şəraitdə qan verməsini təmin etmək məqsədilə girişdə bədən
hərarətinin yoxlanılması üçün termal kamera yerləşdirilib. Donorlar gigiyenik
vasitələr ilə təchiz edildikdən sonra minimum təmas olmaqla qan verməkdədirlər.
Qan verən donorlara lazım gəldikdə qan vermə barədə arayışlar da verilir.
Özünü sağlam hiss edən, səhhəti qan verməyə imkan verən hər
bir kəsdən Milli Hematologiya və Transfuziologiya Mərkəzi - Qan Bankına (Bakı
şəhəri, Nəsimi rayonu, Mirəli Qaşqay küçəsi, 87) yaxınlaşaraq qan verməsini
xahiş edirik.
Ayrıca olaraq, 13 yaşlı Ağaxan Abdullayevə donorluq etmək
istəyən (qan
qrupu 2 müsbət rezus RH II +),
ümumiyyətlə, çətin şərtlərdə, atasız böyüyən bu övlada və onun ailəsinə köməklik
göstərmək istəyən hər bir şəxs, Ağaxanın anası Şərifə xanımla (Əlaqə tel: 055
826 39 55) birbaşa əlaqə yarada bilərlər.
ÖNƏMLİ QEYD: Əgər
məhz Ağaxan Abdullayevə qan vermək istəyirsinizsə, Qan Bankında qan verdiyiniz
zaman, mütləq Ağaxan Abdullayevə donorluq etdiyinizi bildirin və Arayış almağı
unutmayın.
Rauf İskəndərov / Premyer.az
