Premyer.Az » Xəbərlər » İdman » Millinin voleybolçusu: "Bu çətin günlərdə insanlara faydalı olduğum üçün, qürur hissi keçirirəm" VİDEO
Millinin voleybolçusu: "Bu çətin günlərdə insanlara faydalı olduğum üçün, qürur hissi keçirirəm" VİDEO
Voleybol üzrə Azərbaycan milli komandasının oyunçusu Vadim Kutukov, karantin
günlərində evdə qalan insanlara necə faydalı olacağını öz əməli ilə göstərib.
Premyer.az xəbər verir ki, millimizin üzvü həftədə iki dəfə, hər bazar ertəsi
və şənbə günləri, gündüz saat 12:00-da öz Instagram hesabı vasitəsilə, bütün
istəyənlərə onlayn pulsuz məşqlər keçir. Artıq Vadimin məşqlərinə yüzlərlə insan
qoşulub. Bunlar arasında tanınmış similar da var. Məsələn Avroviziya mahnı
müsabiqəsinin qalibi Eldar Qasımov (Red: videonu izlə).
Premyer.az saytına müsahibəsində, karantin müddəti boyunca məşqləri davam
etdirəcəyini bildirən Kutukov, gördüyü işdən zövq aldığını və bu çətin günlərdə
insanlara faydalı olduğundan qürur hissi keçirdiyini də əlavə edib.