
Azərbaycan boksundan bəhs edəndə onun adı mütləq çəkilir. Keçmiş SSRİ-də
ad çıxarıb Azərbaycan idmanına lazım olmayan Ədalət Məmmədovun rinqdə
üz-üzə gəldiyi rəqiblər hazırda federasiya prezidenti, deputat, klub
rəhbəri olduğu halda, bakılı balası torpağın altında yatır. Ədalətin
karyerası boyu hansı ədalətsizliklərlə üzləşdiyini bilmək istəyirsizsə,
Sportfm.az-ın baş redaktoru Araz Əhmədovun zərbəsi ilə dünyanı
silkələyən Ədalət Məmmədovun qısa və faciəli həyatına həsr etdiyi
videosüjeti izləyin.
Araz Əhmədov