» » » Minsk 2019: Lorenso Sotomayor bürünc medalın sahibi oldu

Minsk 2019: Lorenso Sotomayor bürünc medalın sahibi oldu

Minsk 2019: Lorenso Sotomayor bürünc medalın sahibi olduİkinci Avropa Oyunlarının boks yarışlarında yarımfinal mərhələsinin döyüşləri davam edir.
Premyer.az xəbər verir ki, 69 kg çəki dərəcəsində mübarizə aparan boksçumuz Lorenzo Sotomayor yarımfinalda Böyük Britaniya təmsilçisi Pak Makkormaka üçüncü raundda texniki nokautla məğlub olaraq, bürünc medala sahib olub.
 
Qeyd edək ki, digər boksçumuz Alfonso Dominqes (81 kq) italiyalı Simone Fyori üzərində 4:1 hesablı qələbə qazanaraq, finala yüksəlib. O, iyunun 29-da keçiriləcək finalda Qor Nersesyan (Ermənistan) – Bencamin Vittaker (Böyük Britaniya) qarşılaşmasının qalibi ilə döyüşəcək.
402     
Reklam

Reklam