
Premyer.az saytı William Collins adlı bloggerin Rüstəm Orucov haqqında yazdığı məqaləni dəyişmədən oxucuların diqqətinə çatdırırıq:
"Hörmətli azərbaycanlılar, siz bunu bilməlisiniz! O sizi təmsil edən
və bütün dünyada bayrağınızı dəfələrlə yüksəldən insandır, həmçinin sizi
və bütün ölkəni sevdirdi bizə.
Hazırda yeni il ərəfəsi olduğu üçün, keçmiş ili xatırlayırıq. Dünən
düşündüm ki,görəsən keçən ildən mənə qalan ən gözəl xatirə nə oldu.
Bütün ilimi düşünüb, nəzərimdən keçirdim və bəli, bu odur!- Düsseldorfa,
Almanyaya işgüzar səfər! Və niyə? Ona görə ki, orda mənim sevimli sport
növüm olan Jüdo üzrə çempionat keçirilirdi.
Fevral ayının sıradan soyuq bir günü idi. Zala daxil olarkən çox
sayda spotsmen gördüm və özüm özümə düşündüm ki, xəyallarım
gərçəkləşdi,bəlkə sevdiyim sportsmenlərlə də tanış ola bilirəm. Həmin
gün yarışa qatılmayanların hər biri, tribunlarda əyləşmiş öz qrup
üzvlərini dəstəkləyirdilər. Onların arasında olan sportsmenlərdən biri
nəzərimdən qaçmadı ( ad-soyadını xatırlaya bilmədim) və onu gördüyümə
çox sevindim. Istədim ki, ona yaxınlaşıb, tanış olub, şəkil çəkdirim.
Təbiki o şəkilə görə yox demədi mənə ama elə narahat və yorulmuş üz
ifadəsi ilə baxdı ki mənə, bütün həvəsim yox oldu. əlbətdə bundan sonra
mən ona heçnə demədim. Xəyal qırıqlığına uğramış özüm üçün sakitcə
əyləşdim. Elə hiss etdim sanki bütün arzularım puç olmuşdu. Düşündüm
ki,yəqin belə olmalı idi, onu hər gün necə insanlar narahat edir,onun
onsuz öz işləri olur və məndə niyə yorum. Fikirli oturduğum an, məndən
bir neçə sıra aralıda əyləşmiş azərbaycanlı sportsmenləri gördüm.
Yaxınlaşıb, tanımaq istədim ama az əvvəl olan hadisəyi nəzərə alaraq,
yerimdən durmaq istəmədim. Uzaqdan oturub onlara yaxınlaşıb şəkil
çəkdirən və imzalarını alan gəncləri izlədim. Sportsmenlər isə gülər
üzlə qarşılayırdılar onları. Onların üzündəki təbəssüm mənə cəsarət
verdi ki, yaxınlaşaydım.birinci sırada Rüstəm Orucov əyləşmişdi.Mən
üzünə baxdığım an, onun üzünədə xoş təbəssüm gəldi. Utanaraq şəkil
çəkdirmək istədiyimi dedim. Anında ayaq üstə qalxdı, telefonumu əlimdən
alaraq öz dostuna uzatdı və şəkil çəkməyini istədi. Onunla belə xoş
görüş məni çox sevindirdi.Onu gördüyüm üçün çox xoşbəxt olduğumu
deyərək, müvəffəqiyyətlər dilədim. O sevindi və Gülümsədi.Üzünə baxdiqda
necə yaxşı insan olduğunu bilmək çətin deyildi. Dəstəklədiyim üçün
təşəkkür edib, Bakıya dəvət etdi məni. Bakı çox gözəl şəhərdi və mütlək
görməlisən dedi. Sonra isə mənə öz gələcək planları hakkında danışdı.
Minnətdar olduğunu vurğulayaraq, ölkədə sportsmenlər üçün əlverişli
şıraitin olduğunu dedi və onuda vurğuladı ki, çox çalışır ümidlərə hakk
qazandırsın. Çox narahat etmək istəmirdim ama fikir verirdim ki, onun
özünədə xoş gəlirdi dəstəkçiləri ilə söhbət etmək. Bu sanki ilk baxışda
heçnə ama əslində böyük birşey idi. İnsan hır zaman hiss etdirir necə
ürəknən danışır öz sözünü. Mən onda böyük səmimiyyət və gözəl insanlıq
gördüm. O an mənim qarşımda tək bir sportsmen deyil, hətta
qonaqpərvərlik və mədəniyyətini tanıtan bütün Azərbaycan dururdu. Mən
Bakıya mütlək gedəcəm. Bu böyük ölkənin tarixi ilə tanış olacam və hər
zaman bu oğlanın pərəstikarı olacam. Mənə Azərbaycanı sevdirən hımin o
oğlanın. Hörmətli azərbaycanlılar, siz bunu bilməlisiniz! Sizin
ölkənizə qulluq edib, hamınızın qayğınıza qalan bir sportsmeniniz var.
Ölkəsi ilə fəxr edən sportsmeniniz var.
Böyük sevgilərlə Rüstəmi və onun pərəsteşkarlarını salamlayıram! Yeni ilinizi təbrik edib, uğurlar arzulayiram sportsmeninizə!”
Hörmətlə Londondan William