Premyer.Az > Əsas xəbərlər / Manşet > Bakıda taekvondo üzrə beynəlxalq seminar start götürüb

Bakıda taekvondo üzrə beynəlxalq seminar start götürüb

Bakıda taekvondo üzrə beynəlxalq seminar start götürüb. Dünya çempionatı ərəfəsində keçirilən məşğələlər 4 gün davam edəcək. Həmçinin yeniliklərlə bağlı əlavə dərslər də təşkil olunub. 
Seminarlar Çeoulmin Kim (taekvondo proqramın partnyoru), Ameli Moras (DTF-in Hakimlər Komitəsinin sədri), Yunk Seok Yu (DTF-də Təhsil Departamentinin baş direktoru), Sonqçul Kim (DTF-in Texniki Komissiyası), Çakir Çelbat (DTF-də Paratekvondo bölməsinin sədri) və Yunq Han Junq (texniki işçi) tərəfindən aparılır. Hakimlik seminarına 30, yeniliklər seminarına 24 ədalət təmsilçisi qatılıb. 
Azərbaycan Taekvondo Federasiyasının (ATF) vitse-prezidenti Nağı Səfərov və  ATF-in Hakimlər Komitəsinin sədri Gündüz Abdullayev seminara qatılan qonaqları salamlayıb və uğurlar arzulayıb. 
Qeyd edək ki, mayın 24-də hakimlik seminarından uğurla imtahan verənlərə beynəlxalq dərəcələr veriləcək.



Geri