Premyer.Az > Əsas xəbərlər / Manşet > ÖZƏL! Ramin Əhmədov "Şamaxı"da!

ÖZƏL! Ramin Əhmədov "Şamaxı"da!

"Şamaxı" növbəti transferini gerçəkləşdirib. Premyer.az saytının əldə etdiyi məlumata əsasən, əyalət təmsilçisi "Zirə"nin perspektivli futbolçusu Ramin Əhmədovla bu gün iki illik müqavilə imzalayıb. 

1 iyun 2001-ci ildə doğulan Ramin Zaqatala futbol məktəbinin yetirməsidir və yarımmüdafiəçidir. O, “Zirə”yə 2021-ci ilin avqustunda azad agent kimi birinci divizion təmsilçisi “Zaqatala”dan cəlb olunub. Klub həmin vaxt açıqlama yayaraq “20 yaşlı Ramin Əhmədovla 4 illik müqavilə imzalandığını” elan edib.

Rauf İskəndərov / Premyer.az / Şamaxı




Geri