Premyer.Az > Əsas xəbərlər / Manşet > "Kəpəz" - "Qəbələ" 23-cü Duelə doğru - STATİSTİKA

"Kəpəz" - "Qəbələ" 23-cü Duelə doğru - STATİSTİKA

Bu gün Misli Premyer Liqasında qış fasiləsi başa çatır. Mövsümün ikinci yarısı XIX turun oyunları ilə başlayacaq. “Qəbələ” turun ilk matçında “Kəpəz”in qonağı olacaq.

Gəncədə baş tutacaq görüş komandaların 23-cü dueli kimi tarixə düşəcək. “Qəbələ” indiyədək 22 dəfə “Kəpəz”lə qarşılaşıb. Əvvəlki oyunların hamısı Premyer Liqa çərçivəsində baş tutub.
Bu matçlarda üstünlük “Qəbələ”nin tərəfindədir. Aktivində 10 qələbə olan “qırmızı-qaralar” 6 heç-heçə edib və eyni sayda məğlubiyyət alıb. Komandamız top fərqində də öndədir – 29-17. Gəncəlilərlə duellərdə Baqali Dabo və Filip Ozobiç daha çox - hərəyə 3 qol vurub.
Səfərdə 4 qələbə və 3 heç-heçəsi olan “Qəbələ” 4 məğlubiyyət alıb. Rəqib meydanında 14 qola sevinən futbolçularımız 11 top buraxıb. 
Qeyd edək ki, yanvarın 24-də Gəncə şəhər stadionunda baş tutacaq “Kəpəz” - “Qəbələ” matçı saat 14:00-da başlayacaq.





Geri