Premyer.Az > Əsas xəbərlər / Manşet > Tovuz şəhər Stadionunda 30.000 azarkeş!

Tovuz şəhər Stadionunda 30.000 azarkeş!

Bu gün Azərbaycan Premyer Liqasının XIX turunun ikinci oyun günündə "Turan Tovuz" lider "Qarabağ"ı qəbul edir.

Premyer.az saytının Tovuza ezam olunmuş müxbiri bildirir ki, qarşılaşmanın başlamasına hələ təxminən 1 saat qalsa da, oyuna maraq çox böyükdür. 

Qeyd edək ki, bu mösüm öz meydanında keçirdiyi 9 oyunu, ümumilikdə 30300 tovuzlu azarkeş izləyib. Ən çox azarkeş isə, III turda, "Qarabağ"la oyunda qeydə alınıb - 5800.

Aşağıda PFL-in təqdim etdiyi rəsmi statistikanı oxucularımızın diqqətinə çatdırırıq:

I Tur: "Turan Tovuz" 0-2 "Qəbələ" / 5500 tamaşaçı

III Tur: "Turan Tovuz" 0-2 "Qarabağ" / 5800 tamaşaçı

VI Tur: "Turan Tovuz" 2-0 "Kəpəz" / 5000 tamaşaçı

VIII Tur: "Turan Tovuz" 1-3 "Zirə" / 2500 tamaşaçı

X Tur: "Turan Tovuz" 2-2 "Səbail" / 4000 tamaşaçı

XII Tur: "Turan Tovuz" 1-0 "Sumqayıt" / 3000 tamaşaçı

XIII Tur: "Turan Tovuz" 1-3 "Şamaxı" / 1000 tamaşaçı

XV Tur: "Turan Tovuz" 0-1 "Sabah" / 1500 tamaşaçı

XVII Tur: "Turan Tovuz" 0-1 "Neftçi" / 2000 tamaşaçı


Rauf İskəndərov / Premyer.az / Şamaxı

Foto: Rauf İskəndərov




Geri