Premyer.Az > Əsas xəbərlər / Manşet > Region Liqasının bombardiri "Füzuli" FK-da

Region Liqasının bombardiri "Füzuli" FK-da

Region Liqasının bombardiri "Füzuli" FK-da"Füzuli” FK növbəti transferini reallaşdırıb.
Premyer.az xəbər verir ki, əyalət təmsilçisi bu dəfə Region Liqasının bombardiri olmuş Aydın Qasımovu sıralarına qatıb. Füzulinin "Ərgünəş" komandasının kapitanı Süleyman Qasımovun oğlu olan 28 yaşlı təcrübəli futbolçu karyerası ərzində - "Sumqayıt”, AZAL, "Qaradağ Lökbatan”, MOİK, "Kəpəz”, "Ağsu”, "Astara” və "Xızı” (futzal) komandalarının heyətində çıxış edib.
U-19 yığmasının şərəfini də qorumuş Qasımov, "Astara” komandasının heyətində Region Liqasının bombardiri də olub.
 
Rauf İskəndərov / Premyer.az








Geri