Premyer.Az > Əsas xəbərlər / Manşet > "Füzuli” FK Birinci Divizionun bombardirini TRANSFER etdi

"Füzuli” FK Birinci Divizionun bombardirini TRANSFER etdi

"Füzuli” FK Birinci Divizionun bombardirini TRANSFER etdiRegion Liqasına hazırlaşan "Füzuli” FK komandası Birinci Divizionun bombardiri olmuş futbolçunu transfer edib.
 
Premyer.az xəbər verir ki, 34 yaşlı təcrübəli hücumçu Rəhman Musayev, karyerası ərzində - "Ədliyyə”, "Həkəri” Beyləqan, "Femida” Beyləqan, "Standard” Bakı, NBS Salyan, "Spartak” Quba, "Qəbələ”, "Abşeron”, "Qaradağ Lökbatan”, AZAL, MOİK, "Araz Naxçıvan”, "Bakılı”, "Turan Tovuz”, "Şüvəlan”, "Şərur” və "Şamaxı” komandalarının heyətində çıxış edib.
 
Bundan əlavə, Rəhman U-21 və Çimərlik futbolu üzrə Azərbaycan yığmalarının da şərəfini qoruyub.
 
Onu da qeyd edək ki, Musayev Birinci Divizionun və Premyer Liqa komandalarının əvəzedici heyətlərinin çempionatının da bombardiri olub.
 
Rauf İskəndərov / Premyer.az




Geri