Premyer.Az > Əsas xəbərlər / Manşet > Region Liqası: Xəyal Quliyev "Füzuli" FK-da

Region Liqası: Xəyal Quliyev "Füzuli" FK-da

Region Liqasına hazırlaşan "Füzuli” FK komandası növbəti transferini reallaşdırıb.
 
Premyer.az xəbər verir ki, əyalət təmsilçisi bu dəfə 28 yaşlı Xəyal Quliyevlə anlaşıb.
 
"İnter” ("Keşlə”) klubunun yetirməsi olan təcrübəli müdafiəçi karyerası ərzində "İnter”, "Neftçi”,  "Lokomotiv”, "Şuşa-Qarabağ”, "Turan Tovuz”, "Səbail”, "İmişli”, "Xəzər”, "Şahdağ” Qusar, "FC Baku” və "Ağsu Siti” komandalarının şərəfini qoruyub.
 
Xəyal Quliyev Azərbaycanın U-15 və U-17  yığmalarında da forma geyinib.
 
Rauf İskəndərov / Premyer.az




Geri