Premyer.Az > Əsas xəbərlər / Futbol / Manşet > Ramin Quliyev: "Müdafiədə buraxdığımız bir səhv hər şeyi dəyişdi"

Ramin Quliyev: "Müdafiədə buraxdığımız bir səhv hər şeyi dəyişdi"

Ramin Quliyev: "Müdafiədə buraxdığımız bir səhv hər şeyi dəyişdi"Azərbaycan Premyer Liqasında 4-cü tura start verilib. "Zirə” öz meydanında "Sabah”ı qəbul edib. Zirə İdman Kompleksinin stadionunda keçirilən matç qalib müəyyən olunmayıb - 1:1.
 
Qarşılaşmadan sonra qonaq komandanın baş məşqçisi, oyun haqqında öz fikirlərini bildirib:
 
Ramin Quliyev: "Oyuna 3 xal üçün çıxmışdıq. Qalib gəlmək istəyirdik. Matç istədiyimiz axarda gedirdi, lakin yenə də müdafiədə buraxdığımız bir səhv hər şeyi dəyişdi. Buna baxmayaraq, uşaqlar əzmkarlıq nümayiş etdirdilər və hesabı bərabərləşdirdilər. Hətta qalib də gələ bilərdik. Bu gün meydanda tam fərqli bir komanda gördüm. Futbolçular qələbəyə çox istəkli idilər. Bu da çox sevindirici haldır".



Geri