Premyer.Az > Əsas xəbərlər / Manşet > “FÜZULİ” FK-NIN MƏLUMATI!

“FÜZULİ” FK-NIN MƏLUMATI!

“FÜZULİ” FK-NIN MƏLUMATI!"FÜZULİ” FK-NIN MƏLUMATI!

Dəyərli dostlar, əziz futbol azarkeşləri!
"Füzuli” FK komandası, 2021/2022-ci il mövsümündə yenidən Region Liqasına qayıtmaq qərarı verib!

Ali Baş Komandanın başçılığı altında Şanlı Ordumuzun 44 günlük Vətən müharibəsi nəticəsində torpaqlarımızı yağı düşməndən azad etməsi nəticəsində, artıq "Füzuli” komandası da məcburi köçkün statusu daşımır.

AFFA-nın təşkilatçılığı ilə keçirilən Region Liqası bu mövsüm, işğaldan azad edilmiş bütün rayonlarımızın təmsilçilərini, o cümlədən "Füzuli” komandasını da bir araya gətirmək niyyətindədir.
2019-cu ildə Rusiyanın Qroznı şəhərində keçirilmiş Həvəskarlar Arasında III Rusiya Çempionatının gümüş mükafatçısı, 2019-2020-ci il mövsümünün BFL – Bakı Futbol Liqasının qalibi, 2017/2018-ci illər mövsümünün Region Liqasının bürünc mükafatçısı, 2018/2019-cu il mövsümünün isə 1/4 finalçısı olmuş komandamız, bundan sonra da Füzuli rayonunu ölkə birinciliklərində və xaricdə təmsil edərək, öz çox saylı sadiq azarkeşlərini sevindimək və yeni-yeni uğurlar əldə etmək niyyətindədir.

Lakin bunun üçün komandanın maliyyə dəstəyinə ehtiyacı var.

İlk etapda, Füzulini təmsil edən gənc futbolçulardan və tələbələrdən təşkil ediləcək komandamız, mövsüm ərzində maliyyə dəstəyi olacağı təqdirdə, heyətini gücləndirərək, ən yüksək yerlər uğrunda mübarizə aparacaq.

Komandaya sponsorluq etmək istəyən bütün xeyirxah insanların və ya şirkətlərin aşağıda qeyd olunmuş nömrələrlə əlaqə saxlamaları və komandaya dəstək olmaları rica olunur.

Əlaqə No:
1. "Füzuli" FK-nın İnzibatçısı
Ramil Məmmədov
Tel: 050 795 55 20
2. "Füzuli" FK-nın mətbuat katibi Rauf İskəndərov
Tel: 050 283 13 07








Geri