Premyer.Az > Əsas xəbərlər / Manşet > UEFA Bakı Olimpiya Stadionunu təltif etdi

UEFA Bakı Olimpiya Stadionunu təltif etdi

UEFA Bakı Olimpiya Stadionunu təltif etdiUEFA-nın baş katibinin müavini Corco Marketti Bakı Olimpiya Stadionunu (BOS) təltif edib.
BOS Avropa çempionatında A qrupunun 3 oyunu arasında müddətin azlığına və isti hava şəraitinə baxmayaraq arenanın ot örtüyü ideal vəziyyətdə saxlanıldığı üçün mükafatlandırılıb.
Bu gün Bakı Olimpiya Stadionunda Çexiya və Danimarka komandaları arasında 1/4 final oyunu da təşkil ediləcək. Qarşılaşma saat 20:00-da başlayacaq.



Geri