Premyer.Az > Əsas xəbərlər / Manşet > “Neftçi” “Spartak”a qalib gəldi!

“Neftçi” “Spartak”a qalib gəldi!

"Neftçi” təlim-məşq toplanışı çərçivəsində sonuncu yoxlama oyununu keçirib. Komandamız Rusiyanın "Spartak” (Moskva) klubuna 2:1 hesabı ilə qalib gəlib. Avstriyanın Fillax şəhərindəki "Sportzentrum Landskron”da baş tutan matçda "ağ-qaralar”ın qollarını Namik Ələskərov (9-cu dəqiqə) və Harramiz Suares (45+2-ci dəqiqə) vurublar. Rəqibin heyətində isə Mixail İqnatov (44-cü dəqiqə) fərqlənib.

"Neftçi”: 30.Aqil Məmmədov, 3.Mamadu Mbodj, 6.Voislav Stankoviç, 7.Namik Ələskərov (37.Vüsal Əsgərov, 76), 8.Emin Mahmudov (K), 10.Sezar Meza Kolli (22.Mirabdulla Abbasov, 72), 11.Harramiz Suares, 20.Mert Çelik (26.Ömər Buludov, 43), 24.Yusuf Laval, 29.Sabir Buqrin (97.Xəyal Nəcəfov, 46), 36.Mamadu Kane.

Ehtiyat oyunçular: 12.Kamran İbrahimov, 94.Əlirza Müştəbəzadə, 19.Fəhmin Muradbəyli, 21.İsmayıl Zülfüqarlı, 70.Asim Əlizadə, 72.Emin Zamanov.

Baş məşqçi: Samir Abasov

"Spartak”: 98.Aleksandr Maksimenko (32.Artyom Rebrov, 46), 2.Samuel Jiqo (33.Daniel Denisov, 65), 4.Yorrit Hendriks (68.Ruslan Litvinov, 65), 6.Lukas Ayrton (24.Stepan Melnikov, 65), 15.Maksim Qluşenkov (8.Viktor Mozes, 46), 21.Georgi Melkadze (99.Pedro Roşa, 46), 22.Mixail İqnatov (10.Zelimxan Bakayev, 46), 29.İlya Kutepov (56.İlya Qaponov, 46), 38.Andrey Yeşenko (K) (92.Nikolay Rasskazov, 46), 40.Artyom Timofeyev (18.Nail Umyarov, 46), 77.Reziuan Mirzov (17.Aleksandr Lomovitski, 46).

Ehtiyat oyunçular: 57.Aleksandr Selixov, 47.Artyom Voropayev.

Baş məşqçi: Ruy Vitoriya

Qeyd edək ki, Sloveniyanın Kranyska Qora bölgəsində yerləşən "Ramada Hotel & Suites”də məskunlaşan komandamız təlim-məşq toplanışını başa vuraraq sabah Bakıya qayıdacaq. "Neftçi” bundan əvvəlki sınaq matçlarında iyunun 21-də Sloveniyanın "Olimpiya” (1:1), 24-də isə "Domjale” (1:2) klubları ilə qarşılaşıb.




Geri