Azərbaycan kubokunun 1/4 finalçıları bəlli oldu

"Bank Respublika Arena”da keçirilən qarşılaşmaya meydan sahibləri fəal başlayıblar. Görüşdə hesabı birinci hissəyə əlavə edilmiş dəqiqələrdə Bakı təmsilçinin müdafiəçisi Filip İvanoviç açıb. Matçın 68-ci dəqiqəsində isə Gəncə klubu hesabı bərabərləşdirməyə nail olub. Samir Qurbanov "Kəpəz”in birinci qolunu vurub. Görüşün 84-cü dəqiqəsində isə Gəncə təmsilçisi hesabda önə keçib. Əli Səmədov vurduğu qolla komandasına qələbə qazandırıb.
Ölkə kubokunun 1/8 final mərhələsinin digər oyunlarında "Səbail” öz meydanında "Zaqatala”nı (3:2), "Qəbələ” səfərdə "Turan Tovuz”u (2:0), "Zirə” isə "Qaradağ Lökbatan”ı (4:0) məğlub edib.
Azərbaycan kubokunun 1/4 final mərhələsində isə "Sumqayıt” – "Səbail”, "Qarabağ” – "Qəbələ”, "Neftçi” – "Zirə” və "Keşlə” - "Kəpəz” klubları üz-üzə gələcəklər. Dörddəbir final mərhələsinin birinci matçları fevralın 1-2-də, cavab görüşləri isə ayın 6-7-də keçiriləcək.
Geri