Premyer.Az > Əsas xəbərlər / Manşet > "Fənərbağça" liderliyə şərik oldu

"Fənərbağça" liderliyə şərik oldu

"Fənərbağça" liderliyə şərik olduTürkiyə Çempionatında 18-ci turun oyunları keçirilir. Çempionluğa iddialı "Fənərbağça” ardıcıl 4-cü qələbəsini qazanıb. "Alanyaspor” isə doğma meydanda gözlənilmədən "Kasımpaşa”ya məğlub olub.
Ərzurum şəhərində yerli komanda "Fənərbağça”nı qəbul edib. Hesab ilk hissəyə əlavə olunan 4-cü dəqiqədə açılıb. Dimitris Pelkasın ötürdüyü topu Hakan Mərt Yandaş qapıdan keçirib. "Fənərbağça” ikinci hissədə üstünlüyünü daha da möhkəmlədib. 48-ci dəqiqədə ilk qol zamanı məhsuldar ötürmənin müəllifi olan Pelkas, bu dəfə özü fərqlənib - 2:0. 3 dəqiqə sonra Sinan Gümüş oyunda son nöqtəni qoyub. "Ərzurumspor” – "Fənərbağça” 0:3.

"Alanyaspor” isə doğma meydanda "Kasımpaşa” ilə bacarmayıb. Görüşdə bütün qollar birinci hissədə vurulub. İstanbul futbolçuları 22-ci dəqiqədə istəylərinə nail olublar. Armin Hodjiçin zərbəsi qarşısı alınmaz olub. 3 dəqiqə sonra "Kasımpaşa” azlıqda qalıb. Ussama Haddadi birbaşa qırmızı vərəqə ilə cəzalandırlıb. Bu uğursuzluğa baxmayaraq "Kasımpaşa” futbolçuları fərqi arta biliblər. 33-cü dəqiqədə Yusuf Ərdoğan meydan sahiblərinin qapısına yol tapıb. "Alanyaspor”un gücü yalnız təsəlli qolunu vurmağa çatıb. 40-cı dəqiqədə Anastasios Bakasetas penaltini dəqiq yerinə yetirərək, yekun nəticəni müəyyənləşdirib: . "Alanyaspor” – "Kasımpaşa” 1:2.
Qeyd edək ki, hazırda "Beşiktaş” və "Fənərbağça” 35 xalla 1-ci, 2-ci yerlərdə qərarlaşıblar. İki xal az toplayan "Qalatasaray” isə ilk üçlüyü tamamlayır.

Geri