Premyer.Az > Əsas xəbərlər / Manşet > "Sabah" yeni hücumçunu heyətinə qatıb

"Sabah" yeni hücumçunu heyətinə qatıb

"Sabah” komandası heyətini yeni futbolçu ilə gücləndirib.
Klubun rəsmi saytı xəbər verir ki, paytaxt təmsilçisi Kot D`İvuardan olan hücumçu Tiemoko Fofananı transfer edib. 21 yaşlı oyunçu Finlandiyanın "İlves" klubundan mövsümün sonuna kimi icarəyə götürülüb. Qeyd edək ki, Tiemoko Fofana karyerası ərzində "İlves” dən başqa Danimarkanın "Norşellan” klubunun U-19 komandasında çıxış edib.           



Geri