
AFFA yanında Media Komitəsinin qaliblərindən olan Premyer.az saytı "Ölkədaxili yarışlar” layihəsi çərçivəsində Region Liqasını işıqlandırmaqda davam edir. Növbəti xəbəri diqqətinizə çatdırırıq:
Daha öncə də xəbər verdiyimiz kimi, AFFA-nın təşkil etdiyi Region Liqasında mayın 12-də və 13-də Play-off oyunları keçiriləcək. Qalib komandalar yarımfinala yüksələcək. Bu mərhələnin digər iştirakçısı isə Naxçıvan Muxtar Respublikasının komandası olacaq.
Play-off oyunlarının təqvimi:
12 may. Ağsu şəhər stadionu. Saat 14:00
"Alyans CFR" - "Füzuli"
13 may. Bayıl Arena. Saat 17:00
"Şağan" (Bakı) - Uğur (Sumqayıt)
13 may. Qəbələ rayonu, Hacıalı kənd stadionu. Saat 12:00
"Energetik" (Mingəçevir) - "Şəki"
Premyer.az Play-off mərhələsi üçün hazırlanmış bəzi Afişaları diqqətinizə çatdırır:
Rauf İskəndərov / Premyer.az
Mənbə: "Füzuli" FK, "Şəki" FK, "Uğur" FK və Balazahir Əsədullayevin ("Şağan" FK) Facebook səhifələri.
Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir.