» » » "Aslanlar" "Beşiktaş" derbisindən zəfərlə ayrıldı! TURNİR CƏDVƏLİ

"Aslanlar" "Beşiktaş" derbisindən zəfərlə ayrıldı! TURNİR CƏDVƏLİ

"Aslanlar" "Beşiktaş" derbisindən zəfərlə ayrıldı! TURNİR CƏDVƏLİÇempionluq uğrunda son mərhələyə girən Türkiyə Super Liqasında "Qalatasaray" öz meydanında "Beşiktaş"ı 2:0 hesabı ilə məğlub edərək, növbəti çempionluğuna doğru bir addım daha atmış oldu.
 
Premyer.az xəbər verir ki, Türk Telekom stadionunda keçirilən oyunda "Aslanların" qalibiyyət qollarını 23-cü dəqiqədə Fernando, 70-ci dəqiqədə isə Qarri Rodriges vurublar. "Beşiktaş"ın futbolçusu Tosiç cərimə meydançasında Qomesə qarşı etdiyi hərəkətə görə qırmızı kart alaraq, meydandan qovulub. Qomes isə penalti zərbəsindən yararlana bilməyib.
 
Önəmli qələbədən sonra "Qalatasaray" xallarını 66-ya çatdıraraq, turnir cədvəlində ilk pillədə qərarlaşıb. "İstanbul Başakşehir" 65 xalla 2-ci, "Fənərbaxça" 63 xalla 3-cü, "Beşiktaş" isə 62 xalla 4-cü sırada yer alıblar.
 
 
 
455     
Reklam

Reklam