
AFFA
yanında Media Komitəsinin qaliblərindən olan Premyer.az saytı
"Ölkədaxili yarışlar” layihəsi çərçivəsində Region Liqasını
işıqlandırmaqda davam edir. Növbəti xəbəri diqqətinizə çatdırırıq:
ANONS!
Premyer.az saytı "Onları tanıyaq" rubrikasında Region
Liqasında çıxış edən futbolçuların tanıtımını davam edir. Bu dəfə
rubrikamızın qonaqları - Sumqayıtın "Uğur" komandasının və ümumiyyətlə Region Liqasının nadir legionerlərindən biri olan, İranın U-14 və U-18 yığmalarının və Təbrizin "Traktorsazi" klubunun şərəfini qorumuş Məhəmməd Reza Niyazxani və
klubun kapitanı Nahid Mehrəliyev olacaqlar.
Futbolçular video müsahibədə müxbirimizin çox saylı suallarını cavablandıracaq. Bizi izləyin....
Rauf İskəndərov / Premyer.az / Sumqayıt
Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir.