Premyer.Az » Xəbərlər » Əsas xəbərlər » (LAYİHƏ) "Uğur" FK Region Liqasının Play-off mərhələsinə vəsiqəni təmin etdi - FOTOLAR
(LAYİHƏ) "Uğur" FK Region Liqasının Play-off mərhələsinə vəsiqəni təmin etdi - FOTOLAR
AFFA yanında Media Komitəsinin qaliblərindən olan Premyer.az saytı
"Ölkədaxili yarışlar” layihəsi çərçivəsində Region Liqasını
işıqlandırmaqda davam edir. Növbəti xəbəri diqqətinizə çatdırırıq:
Region
Liqasının Paytaxt regionunun Şimal zonasında təxirə salınmış oyunlar
çərçivəsində bu gün "Uğur" Sumqayıt - "Səhliyalı"
Şabran qarşılaşması keçirilib. Bir həftə öncə eyni komandalar arasında keçirilmiş görüşdə 1:1-lik hesab qeydə alınmışdı ki, bu da futbol azarkeşləri tərəfindən təəccüblə qarşılanmışdı. Bu dəfə sumqayıtlılar meydana əsas heyətlə çıxmışdır.
Saat 16:00-da Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda start götürən oyunun ilk hissəsində meydan sahibləri rəqibin qapısından 3 cavabsız qol keçirib. İkinci hissədə daha 3 dəfə "Səhliyalı"nın qapısına yol tapan sumqayıtlılar 6:0 hesablı inamlı qələbə qazanaraq, son turun nəticələrindən asılı olmalayaraq, Region Liqasının Play-off mərhələsinə vəsiqə qazanıb.
p.s. Premyer.az saytı, oyuna dəvətə və müxbirimizə göstərilən qayğıya görə "Uğur" FK-nın rəhbərliyinə öz təşəkkürünü bildirir.
Rauf İskəndərov / Premyer.az / Sumqayıt
Fotolar: Rauf İskəndərov
Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir.