» » » Seriya yubileylə qırıldı

Seriya yubileylə qırıldı

Seriya yubileylə qırıldı "Sumqayıt”ın məğlubiyyətsiz oyunlar seriyası qırılıb. Topaz Premyer Liqasında ardıcıl 11 matçda uduzmayan Samir Abasovun yetirmələri XXIV turun "Qarabağ”la ev görüşündə 0:1 hesabı ilə yenilib. "Gənclik şəhəri” təmsilçisi sonuncu dəfə XII turda məğlub olmuşdu. 2017-ci il noyabrın 17-də Ağdam klubuna səfərdə 0:2 hesabı ilə uduzan sumqayıtlılar 156 gündən sonra meydanı xalsız tərk edib.
Bu, həm də "Sumqayıt”ın Premyer Liqada 40-cı ev məğlubiyyətidir. Öz meydanında 109 qarşılaşma keçirən komanda bu matçadək 39 dəfə uduzmuşdu.
270     
Reklam

Reklam