
AFFA yanında Media Komitəsinin qaliblərindən olan Premyer.az saytı
"Ölkədaxili yarışlar” layihəsi çərçivəsində Region Liqasını
işıqlandırmaqda davam edir. Növbəti xəbəri diqqətinizə çatdırırıq:
Bu gün Region
Liqasının VIII turu çərçivəsində "qərb derbisi" adlandırılan "Göyəzən"
(Qazax) - "Şəmkir" oyunu keçirilib. Bu tura qədər 12 xal toplamış
qonaqlar turnir cədvəlində 12 xalla birinci, meydan sahibləri isə 11
xalla ikinci pillədə qərarlaşmışdır. Oyundan öncə 31 Mart - Dünya
Azərbaycanlılarının Soyqırımı Günü bir dəqiqəlik sükutla yad edilib. 230
nəfər azarkeşin izlədiyi görüşdə qazaxlılar 3:0 hesablı inamlı qələbə
qazanıb. Qollara Babək Hüseynov və Arzuman Vəliyev (dubl) imza atıblar.
Baş hakim
Rəşad Əhmədovun idarə etdiyi qarşılaşmada meydan sahiblərinə 1 qırmızı
və 3 sarı vərəqə, qonaq komandanın futbolçularına isə 1 qırmızı və 1
sarı vərəqə göstərilib.
Beləliklə də, bu oyundan sonra 14 xal toplayan "Göyəzən" turnir cədvəlində liderliyə yüksəlib.
REGİON LİQASI
VIII tur, Şimal - Şimal/Qərb Regionu
Qərb Zonası
"Göyəzən" FK - "Şəmkir" FK - 3:0 (ilk hissə 2:0)
Qazax şəhər stadionu, 230 tamaşaçı
Hakimlər briqadası:
Baş hakim - Rəşad Əhmədov
Hakimlər - Səbuhi Əmrahov, Səbuhi Soltanov
Ehtiyat hakim - Rüfət Əhmədov
Qollar: Babək Hüseynov, 4-cü dəq; Arzuman Vəliyev, 20; 78 -penaltidən.
Premyer.az oyundan fotoları oxucuların diqqətinə çatdırır:
Rauf İskəndərov / Premyer.az
Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir.