
Daha öncə də xəbər verdiyimiz kimi, AFFA-nın təşkilatçılığı ilə keçirilən
Region Liqasının II turunda paytaxt regionu
üzrə keçirilən oyunlarda bir qarşılaşma baş tutmayıb: "Ümid" (Bakı) -
"Tufan" (Bakı).
Premyer.az oyunun keçirilməmə səbəbini öyrənmək üçün AFFA-ya müraciət ünvanlayaraq, aşağıdakı cavabı almışdı: - "Mühafizənin təşkilində problem olduğu üçün oyunun keçirilməsinə icazə verilməyib".
AFFA İntizam Komitəsinin dünən keçirilən iclasında oyunla oyunla bağlı yekun qərar verilib. Premyer.az qərarı diqqətinizə çatdırır:
24 dekabr 2017-ci il, Regional Liqasının, "Ümid” – "Tufan” matçında
"Ümid” klubu təhlükəsizliyi təmin etmədiyinə görə kluba 0:3 hesablı
texniki məğlubiyyət verilir (maddə 61).