“Səbail” "Neftçi"nin daha bir futbolçusunu heyətinə qatdı
"Səbail” dövrələrarası fasilədə növbəti transferini reallaşdırıb.
Premyer.az xəbər verir ki, paytaxt təmsilçisi "Neftçi”dən ayrılan
Rahil Məmmədovu heyətinə qatıb. 22 yaşlı müdafiəçi ilə müqavilə
imzalanıb.
Qeyd edək ki, "Səbail” Rahildən əvvəl "Neftçi”dən Fəhmin Muradbəylini icarəyə götürüb.