Dövrələrarası fasilə zamanı "Sumqayıt"
FK Elnur Abdullayevdən sonra növbəti transferini reallaşdırıb.
Premyer.az bildirir ki, kimyaçılar son olaraq, "Zirə"də çıxış etmiş Nicat Qurbanovu heyətinə
qatıb.
1992-ci il təvəllüdlü futbolçu "Sumqayıt" FK ilə 1,5 illik
müqavilə imzalayıb. Nicat yeni klubunda 17 nömrəli forma ilə çıxış
edəcək.
Qeyd edək ki, Nicat karyerası ərzində "Zirə"dən başqa, "Simurq", "Neftçi", AZAL və "Kəpəz"in şərəfini qoruyub.