
Bu gün "Region Liqası” turnirinin
püşkü atılıb. Püşkatma mərasimi 3 şəhərdə - Sumqayıtda (Kapital Bank
Arena), Sabirabadda (Gənclər Mərkəzi, akt zalı) və Oğuzda (Təhsil
şöbəsi, akt zalı) keçirilib.
Püşkatmalarda AFFA-nın Məşqçilər Komitəsinin üzvləri və regional futbol federasiyalarının nümayəndələri iştirak edib.
Liqanın oyunlarına dekabrın 16-da və 17-də start veriləcək.
Məlumat üçün qeyd edək ki, "Region
Liqası”nın oyunları 3 zona üzrə (Paytaxt və Şimal; Cənub və Mərkəz,
Şimal-Qərb və Qərb) keçiriləcək. Hər birində 4 və ya 5 iştirakçı olmaqla
komandalar 2 qrupda mübarizə aparacaq. Bu mərhələ 4 dövrədən ibarət
olacaq.
Hər zona üzrə qalibi müəyyənləşdirmək
üçün qrup mərhələsini birinci pillədə başa vuran komandalar arasında
pley-off qarşılaşması təşkil ediləcək. Qalib komandalar yarımfinala
vəsiqə qazanacaqlar.
Yarımfinal mərhələsində 3 zonanın
qalibi ilə yanaşı, Naxçıvan Muxtar Respublikası üzrə birinci yeri tutmuş
komanda da iştirak edəcək. Qarşılaşmalar neytral meydanda keçiriləcək
və bir oyundan ibarət olacaq. Final və üçüncü yer uğrunda oyun da
neytral meydanda keçiriləcək.
Turnirin ştirakçı komandalarının zonalar üzrə bölgüsünü və püşkün nəticəsinə uyğun olaraq, birinci turda keçiriləcək oyunların siyahısını diqqətinizə çatdırırıq:
Paytaxt və şimal zonası |
Cənub və Aran zonası |
Şimal Qərb və Qərb zonası |
Tufan (Bakı) |
Ümid (Cəlilabad) |
Şəki |
Ümid (Bakı) |
Dinamo (Yardımlı) |
Kürmük (Qax) |
Şağan |
Cənub RFF |
Oğuz |
Şıxlar FK (Qobustan) |
Astara |
Şirvan (Ağdaş) |
Şahdağ (Qusar) |
Neftçala |
Energetik (Mingəçevir) |
Şahdağ (Quba) |
Füzuli |
Göyəzən (Qazax) |
Səhliyalı (Şabran) |
Gənclik (Sabirabad) |
Şəmkir |
Uğur (Sumqayıt) |
Kürdəmir |
Xəmsə (Gəncə) |