
AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Premyer.az iclasda qəbul edilən qərarları diqqətinizə çatdırır:
11 noyabr 2017-ci
il, 2017/2018 mövsümündə, Azərbaycan I divizionun VIII turunun "Ağsu” –
"Binə” matçı başlamazdan əvvəl "Binə” klubunun azarkeşləri pirotexniki
vasitələrdən istifadə etdiklərinə görə 80 manat cərimə olunur.
12 noyabr 2017-ci il, 2017/2018
mövsümündə, Azərbaycan I divizionun VIII turunun "Mil-Muğan” – "Şüvəlan”
matçında "Şüvəlan” klubunun baş məşqiçisi Aqil Nəbiyev stadionun
plastik şitini sındırmışdır. Stadiona dəymiş ziyan əsasında "Mil-Muğan”
klubunun təqdim edəcəyi hesab "Şüvəlan” klubu tərəfindən ödənilsin.
11 noyabr 2017-ci il, U-13 qızlar
Liqasında, "Bakinka” FK – "Təhsil” FM matçında "Bakinka” FK komandasının
heyətində yetərsay olmadığına görə, kluba 0:3 hesablı texniki
məğlubiyyət verilir.
12 noyabr 2017-ci il, U-16 qızlar
Liqasında, "Əhmədli Yunayted” FK – "Təhsil” FM matçında "Əhmədli
Yunayted” FK komandasının heyətində yetərsay olmadığına görə kluba 0:3
hesablı texniki məğlubiyyət verilir.
11 noyabr 2017-ci il, Qızlar yüksək
Liqasında, "Baku City” – "İnter” PİK matçının 27-ci dəqiqəsində "İnter”
klubunun 14 №-li futbolçusu Roza Quliyeva hakimi təhqir etdiyinə görə
qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır.
Oyunun ikinci hissəsində "İnter” klubu meydana çıxmadığına görə 0:5
hesablı texniki məğlubiyyət verilir. "İnter” klubunun baş məşqçisi Anar
Vəliyeva xəbardarlıq olunur. Bu hal yenidən baş verəcəyi təqdirdə daha
ağır sanksiya tətbiq olunacaqdır.
7 noyabr 2017-ci il, futzal üzrə
Azərbaycan çempionatının "Araz” – "Neftçi” İK matçının 18-ci dəqiqəsində
"Araz” klubunun 13 №-li futbolçusu İsa Atayev kobud oyuna görə birbaşa
qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır.
12 noyabr 2017-ci il, futzal üzrə
Azərbaycan birinciliyinin II dəstəsinin "VİP” FK – "Hövsan” FK matçının
21-ci dəqiqəsində "Hövsan” klubunun 1 №-li futbolçusu Əli Mirzəyev
sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan
kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır.
12 noyabr 2017-ci il, futzal üzrə
Azərbaycan birinciliyinin II dəstəsinin "Metropoliten” – "Obolon”
matçının 47-ci dəqiqəsində "Metropoliten” klubunun 9 №-li futbolçusu
Namiq Mirzəyev kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan
kənarlaşdırıldığı üçün 4 oyun cəzalanır.
12 noyabr 2017-ci il, Azərbaycan həvəskarlar Liqasında "Hövsan” – "Bərdə”
matçının 12-ci dəqiqəsində "Hövsan”
klubunun 3 №-li futbolçusu Mirxəlil İslamov sonuncu ümid fouluna görə
birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun
cəzalanır. Oyunun 68-ci dəqiqəsində "Hövsan” klubunun 5 №-li futbolçusu
Süleyman Əhmədovun ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı
üçün 1 oyun cəzalanır.
8 noyabr 2017-ci il, Gənclər
Liqasında, "Zirə” – "Sumqayıt” matçının 70-ci dəqiqəsində "Sumqayıt”
klubunun 6 №-li futbolçusu Xəzər Mahmudov aqresiv davranışa görə birbaşa
qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 4 oyun
cəzalanır.
8 noyabr 2017-ci il, Boulevard Hotel
U-15 Liqasında, "Zaqatala” – "Turan” matçının 70+2-ci dəqiqəsində
"Zaqatala” klubunun 5 №-li futbolçusu Denis Əsədullayev ikinci sarı
vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır.
11 noyabr 2017-ci il, Boulevard Hotel
U-15 Liqasında, "Zirə” – "Vətən” matçı başa çatdıqdan sonra "Zirə”
klubunun 5 №-li futbolçusu Elnur Mirzəyev hakimi təhqir etdiyinə görə
meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanır.
5 noyabr 2017-ci il, U-14 Liqasında,
"Laçın” (Pirəşükül) – "Məhəllə Uşaqları” (Sumqayıt) matçının 24-cü
dəqiqəsində "Məhəllə Uşaqları” klubunun 9 №-li futbolçusu Fərid İslamov
ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun
cəzalanır.
9 noyabr 2017-ci il, U-14 Liqasında,
"Birlik Gİİ” (Şəmkir) – "UGİM Tovuz” matçında "Birlik Gİİ” komandası
iştirak etmədiyinə görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilir.
12 noyabr 2017-ci il, U-14 Liqasında,
"Yasamal Gİİ” (Şəmkir) – UGİM (Qazax) matçının 21-ci dəqiqəsində
"Yasamal Gİİ” klubunun 14 №-li futbolçusu Sənan Həsənov ikinci sarı
vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır.
Oyunun 33-cü dəqiqəsində "Yasamal Gİİ”
klubunun 1 №-li futbolçusu Sənan Məhərrəmov sonuncu ümid fouluna görə
birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun
cəzalanır. Qarşılaşmanın 58-ci dəqiqəsində UGİM klubunun 5 №-li
futbolçusu Şamil Tağızadə ikinci sarı vərəqə alaraq meydandan
kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır.
12 noyabr 2017-ci il, U-14 Liqasında,
"Xudafərin” (Cəbrayıl) – UGİM (Saatlı) matçının 33-cü dəqiqəsində UGİM
klubunun 4 №-li futbolçusu Nicat Fərzəliyevin sonuncu ümid fouluna görə
birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun
cəzalanır. Oyunun 46-ci dəqiqəsində "Xudafərin” klubunun 8 №-li
futbolçusu Sənan Balakişiyev ikinci sarı vərəqə alaraq meydandan
kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır.
12 noyabr 2017-ci il, U-14 Liqasında,
"Sumqayıt” (Sumqayıt) – "Şüvəlan" (Bakı) matçında "Sumqayıt” klubunun 4
№-li futbolçusu Emin Ağayev ikinci sarı vərəqə alaraq meydandan
kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır.
12 noyabr 2017-ci il, U-14 Liqasında,
"Neftçi” İK İB – "Keşlə” matçı başa çatdıqdan sonra "Keşlə” klubunun 14
№-li futbolçusu Hüseyn Quliyev hakimi təhqir etdiyinə görə meydandan
kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır.
12 noyabr 2017-ci il, Coca-Cola U-13
Liqasında, "UGİM Topqapı” (Bərdə) – "UGİM" (Bərdə) matçında "UGİM"
(Bərdə) klubunun 9 №-li futbolçusu Mətin Həsənzadənin ikinci sarı vərəqə
alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır.
11 noyabr 2017-ci il, Coca-Cola U-13
Liqasında, "Gəncə” TİM (Gəncə) – "Gənclik UGİM-2” matçının 33-cü
dəqiqəsində "Gənclik TİM” klubunun 11 №-li futbolçusu Nihad Quliyevin
və "Gənclik UGİM-2” klubunun 6 №-li futbolçusu Taleh Cəlilinin aqresiv
davranışlara görə birbaşa qırmızı vərəqə alaraq meydandan
kənarlaşdırıldıqları üçün hər iki futbolçu 2 oyun cəzalanır.
5 noyabr 2017-ci il, U-13 qızlar
Liqasında, "Təhsil” RİM (Sumqayıt) – UGİM (Sumqayıt) matçında UGİM- 2
komandasının heyətində yetərsay olmadığına görə kluba 0:3 hesablı
texniki məğlubiyyət verilir.
4 noyabr 2017-ci il, U-11 qızlar
Liqasında, İOEUGİM (Sumqayıt) – "Həkəri” (Qubadlı) matçında "Həkəri”
komandasının heyətində yetərsay olmamasına görə kluba 0:3 hesablı
texniki məğlubiyyət verilir.