
AFFA yanında Media Komitəsinin
qaliblərindən olan Premyer.az saytının "Uşaq futbolu” layihəsi çərçivəsində növbəti yazısını təqdim
edirik.
Yazı - bölgələrdə uşaq futbolunun acınacaqlı durumunun araşdırılması və çıxış yollarının göstərilməsi haqqındadır. Daha dəqiq
desək – bu yazıda Gəncədə uşaq futbolunun mövcud vəziyyətini araşdırmağa çalışacağıq.
GİRİŞ
Qədim futbol ənənələrinə
və tarixinə malik olan Gəncənin uşaq futbolu haqqında danışmadan öncə, ümumiyyətlə
Nizami yurdunda futbolun hal-hazırki vəziyyətindən bir neçə kəlmə danışmaq istərdik.
Gəncə futbolunun tarixindən
Danılmaz
faktdır ki, son illər Gəncə futbolu özünün heç də şanlı dönəmini yaşamır.
Azərbaycanın
ikinci böyük şəhəri olan Gəncəni elitada təmsil edən "Kəpəz” komandasının
Premyer Liqanın turnir cədvəlində qərarlaşdığı sonuncu pillə, Gəncə kimi bir şəhərin
mərkəzi stadionunun (ot örtüyünün AFFA tərəfindən dəyişdirilməsinə baxmayaraq)
çox acınacaqlı vəziyyətdə olması və bu səbəbdən də ilk dövrənin böyük bir hissəsinin
komanda tərəfindən Gəncədən kənarda keçirilməsi, "Kəpəz” komandasında yerli futbolçuların barmaqla
sayılacaq qədər az olması, futbolçuların məşq edə biləcəyi yardımçı
meydançaların bərbad vəziyyətdə olması (Red. Fotolara bax), Gəncə idman
(futbol) məktəblərinin əvvəlki illərlə müqayisədə kəskin şəkildə azalması və
bir çox digər faktlar – Gəncə futbolunun inkişafı yox, tam əksinə olaraq,
sükuta doğru irəlilədiyini sübüt edir.
Maşallah
Əhmdov, Vəli Qasımov, Vidadi Rzayev, Yunis Hüseynov, Mahmud Qurbanov, Mehman
Allahverdiyev, Sergey Kramarenko, Novruz Əzimov, Müzəffər Qasımov, Xaliq Mərdanov,
Faiq Cabbarov və adını çəkməyi unutduğumuz onlarla digər gəncəli məhşur
futbolçular adlarını Azərbaycan futbolunun tarixinə yazdırmış simalardır.
Gəncə uşaq futbolunun tarixi
Gəncədə
uşaq futbolunun tarixindən danışdığımızda ağıla ilk gələn isim - Azərbaycan SSR əməkdar bədən tərbiyəsi və idman işçisi, əfsanəvi Konstantin Abramenko
olur. "Ded Kostya” və ya "Kostya dayı” kimi tanıdığımız bu şəxs, SSRİ dövründə
Gəncədə "Lokomotiv” uşaq futbol məktəbinin məşqçisi olmaqla, isimlərini
yuxarıda sadaladığımız bir çox futbolçunu yetişdirmişdir. Ümumiyyətlə
"Lokomotiv” uşaq futbol məktəbi Gəncə futbolunu gənc istedadlarla daima təmin
etmiş və "Kəpəz” klubunun uşaq futbol məktəbi də sayıla bilər.
Konstantin
Abramenkonun vəfatından sonra Gəncədə uzun illər onun xatirəsinə həsr edilmiş
uşaq futbol turniri keçirilib. Bir ara unudulan bu turnir, 2015-ci ildən «Xəmsə» fanklubunun təşəbbüsü ilə yenidən bərpa olunub.
Hal-hazırda vəziyyət nə yerdədir?

Gəncədə uşaq futbolunun hazırki
durumunu öyrənmək üçün, "Kəpəz” komandasının əvəzedicilərinin və bütün yaş
qrupları üzrə uşaq futbol komandalarının baş məşqçisi Azər Məmmədovla Gəncə şəhər
mərkəzi stadionunda görüşüb söhbətləşdik (Red: müsahibə 21.10.2017-ci il
tarixində alınıb).
Gəncədə
uşaq futbolu iki il bundan öncə yenidən qurulmağa başlayıb və bu iki il ərzində
də gözə çarpacaq qədər irəliləyiş var. Hal-hazırki nəticələri iki il öncəki nəticələrlə
müqayisə etsək, görərik ki Gəncədə uşaq futbolu inkişafdadır.
Müxtəlif
yaş qrupları üzrə ölkə birinciliklərinə ay yarımdır ki start verilib və nəticələr
artıq göz qabağındadır. Gəncə futbolçuları 9 yaş qrupu üzrə birincilikdə
iştirak edir – U-10, 11, 12, 13, 14, 15, 16, 17 və U-19. Bunlardan 4 komanda (15,
16, 17 və 19 yaşlılar) iki dövrədən ibarət çempionatda iştirak edir və həm səfər,
həm də ev oyunları oynayır, qalanları isə (10 yaşından 14 yaşa qədər) Regional Zonada
mübarizə aparırlar.
Bir sözlə
desək, irəliləyiş var, amma......
MÖVCUD PROBLEMLƏR..

Gəncənin
uşaq futbolunda iki il öncə başlayan islahatlar daha da səmərəli ola bilərdi, bəzi
problemlər olmasaydı. Məsələn infrastruktur problemi. Əsas problem - keyfiyyətli
məşq meydançaların olmamasıdır.
Digər bölgələrlə
rəqabət
Açıq qeyd
edək ki, Gəncəyə yaxın olan Qəbələdə futbol infrastrukturu çox gözəl vəziyyətdədir.
Və bunun nəticəsidir ki, Gəncədə yaşayan ailələrin əksəriyyəti övladlarını bura
yox, Qəbələ futbol məktəbinə verir. Əlverişli infrastruktur və uşaqlar üçün
yaradılmış gözəl şərait onlara bu addımı atmağa məcbur edir.
Elə
valideyinlər də var ki, uzaq məsafəyə baxmayaraq, uşaqlarını paytaxt Bakıya
göndərirlər. Orada seçim də çoxur. "Neftçi”, "Qarabağ” və digər klubların uşaq
futbol məktəblərindəki şərait, Gəncəyə görə çox-çox daha yüksəkdir.
Hal-hazırda
hətta 2003-cü il təvəllüdlü 5 uşaq Tovuzda futbol təhsili alır. Bunun da əsas səbəbi
– Tovuzdakı futbol meydançasının daha yaxşı vəziyyətdə olmasıdır.
Bütün bu
problemlərə baxmayaraq, Azərbaycan çempionatlarında gənc futbolçular Gəncə
futbolunun adına layiq çıxış eetməyə, Gəncə uşaq futbolunu yaxşı mənada inkişaf
etdirməyə çalışırlar.
Bir məqamı
da qeyd edək ki, Gəncədən digər şəhərlərin klublarına gedən gənc futbolçular, Gəncənin
ən yaxşı və ən perspektivli futbolçularıdır.
Gəncə
daxilində rəqabət və problemlər

"Kəpəz”
futbol klubu nəin ki digər bölgələrimizin komandaları ilə, hətta Gəncədə fəaliyyət
göstərən "Təhsil” idman mərkəzinin məktəbləri və UGİM-lərlə rəqabət aparırıq.
Bu məktəblərdə də yaxşı futbol məşqçiləri və mütəxəssisləri var və onlar da, təbii
ki, bizim uşaqları öz klublarına cəlb etməyə çalışırlar. Yerli məşqçilər də, öz növbəmizdə, bu məktəblərdə
təhsil alan perspektivli gənc futbolçuları "Kəpəz” komandasına cəlb etməyə
çalışır.
Amma təəssüflər
olsun ki, Gəncədə fəaliyyət göstərən uşaq futbol məktəblərinin (UGİM-lərin) bəzi
müəllimləri və məşqçiləri, onlara gələn maddi təkliflərin müqabilində istedadlı
futbolçuları Qəbələ və digər bölgələrin (əsasən Bakı şəhərinin) komandalarına
verirlər.
Ona görə də
"Kəpəz” komandası bu rəqabətdə hələ ki bir az uduzur. Bunun da əsas səbəbi zəyif
infranstrukturdur. Ən azı bir dənə süni örtüklü, standartlara uyğun meydança
olsa, valideyinlər uşaqlarını "Kəpəz” klubuna gətirərlər.
Digər
idman ləvazimatlarına gəlincə - top, fişka, forma, jilet və s. – "Kəpəz”də bu
barədə problem yoxdur. Klub rəhbərliyi komandanı bu ləvazimatlarla təmin edir.
Ən böyük problem – futbol məşqləri üçün meydançanın olmamasıdır. Daha dəqiq desək,
meydançalar var, amma bərbad vəziyyətdədir. (Red. Fotolara bax)
Çıxış yolları

Hal-hazırda
"Dalğa Arena”nın süni örtüyü Gəncə şəhərinə gətirilib. Şəhər rəhbərliyi tərəfindən
kluba söz verilib ki, ən yaxın zamanda süni örtüklü meydança salınacaq və
klubun istifadəsinə təmənnasız olaraq veriləcək. Əgər bu məsələ həll edilsə,
uşaq futbolundakı inkişaf ən azı iki dəfə sürətlənəcək.
Ümumiyyətlə
futbolun inkişafı, uşaq futbolunun inkişafından asılıdır. Elə "Kəpəz”in özünü
götürsək, komandanın əsas heyətində demək olar ki yerli futbolçular yox
(minimum) səviyyədədir. Bu isə, Gəncə kimi böyük futbol ənənələri olan bir bölgə
üçün çox mənfi bir haldır.
Əgər yaxın
zamanlarda yuxarıda sadalanan infrastruktur (meydança) problemi həll olunsa, o
zaman yaxın gələcəkdə "Kəpəz” komandasında yerli futbolçular üstünlük təşkil edəcək.
Seçim zamanı yaş həddi
Respublika
çempionatındakı minim yaş qrupu – 10 yaş olmasına baxmayaraq, "Kəpəz” komandası
aşağı yaş qruppalarında 2010-2011-2012-ci il təvəllüdlü uşaqları müsabiqədən kənar
kluba dəvət edir. Bu uşaqlara xüsusi proqramlar üzrə dərslər (məşqlər)
keçirilir ki, gələcəkdə onlar 10 yaş qrupunda çıxış etməyə hazır olsunlar. Hazırlıq
mərhələsini artıq keçdikləri üçün, bu uşaqlar özlərini daha tez doğrulda bilir.
Onu da
qeyd edək ki, "Kəpəz” futbol məktəblərində təhsil pulsuzdur və bura cəlb edilən
uşaqlar bütün idman ləvazimatı ilə (o cümlədən forma ilə) tam təmin olunur.
EPİLOQ

Yazıdan da
göründüyü kimi, Gəncədə uşaq futbolunun ən böyük problemi – məşq üçün müvafiq
meydançaların olmamasıdır. Mövcud stadionların isə bərbad halda olması, bu
stadionlarda normal şəkildə məşqlərin keçirilməsinə mane olmaqla yanaşı, məşq
zamanı gənc futbolçuların müxtəlif zədərələrin almasını səbəb olur.
Odur ki,
Premyer.az saytı olaraq burdan üzümüzü müvafiq futbol və uşaq-gənclər
qurumlarına tuturuq - əgər Gəncə kimi qədim futbol ənənələri olan bir bölgədə
futbolun inkişafını istəyirsinizsə, o zaman Gəncə şəhər mərkəzi stadionunun ətrafında
yerləşən iki məşq meydançasının (Red: fotolara bax) standartlara cavab verəcək
bir şəkildə təmir olunmasında köməklik göstərərək, Gəncədə uşaq futboluna heni
həyat vermək üçün öz köməyinizi əsirgəməyin.
p.s. Yazıdakı mütəxəssis fikirləri sayt redaksiyasınınn bu mövzü ilə əlaqədar olan fikirləri ilə üst-üstə düşməyə bilər.
Yazı və Fotolar: Rauf İskəndərov / Premyer.az / Gəncə
Layihə AFFA
yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir.