
Gəncənin "Kəpəz" klubu ciddi itki ilə üzləşib. Premyer.az xəbər
verir ki, baş məşqçi Şahin Diniyev Şəhriyar Əliyevin xidmətindən məhrum
olub.
Belə ki, 24 yaşlı müdafiəçi cəzalı duruma düşüb. "Zirə" ilə oyunun
82-ci dəqiqəsində qeyri-idman hərəkətinə görə sarı vərəqə alan Şəhriyar
vərəqə limitini doldurub. Mövsümün 4-cü xəbərdarlığını alan müdafiəçi IX
turda "Neftçi"yə qarşı oynamayacaq.
Qeyd edək ki, "Zirə" ilə hər iki oyunda sarı vərəqə alan Şəhriyar "İnter" və "Qarabağ"la matçlarda da cəzalınıb.