» » » ŞOK! Mesut Özil partladı: "Ağzınızı yumun! Sadəcə dəstək olun"

ŞOK! Mesut Özil partladı: "Ağzınızı yumun! Sadəcə dəstək olun"

Yeni mövsümə uğursuz başlayan və son oyunda böyük hesabla (0:4) "Liverpul"a məğlub olan  "Arsenal" komandasına qarşı mediada və sosial şəbəkələrdə ağır tənqid və ittihamlar davam edir.
 
Premyer.az xəbər verir ki, "Arsenal"ın keçmiş ulduz futbolçularının London klubu haqqındakı təhqiramiz paylaşımları, türk əsilli alman futbolçunu özündən çıxardıb.
 
Mesut Özil onlara cavab olaraq öz Facebook səhifəsində aşağıdakıları yazıb: "Ağzınızı yumun! Sadəcə dəstək olun".
 

"Londondakı karyeram ərzində çox sayıda təhqiredici yorumlar almışam və fikirlər eşitmişəm. İnsanlar mənim haqqımda "Çox bahalıdır, açgözdür, vücud dili pisdir, döyüşçü ruhu azdır" və buna bənzər fikirlər səsləndirib. Tənqid hər bir futbolçunun qəbul etmək məcburiyyətində qaldığı bir şey olsa da, əfsanələrin əfsanə kimi davranmalarını gözləyirəm" - deyə Özil əlavə edib.

Sonda isə ulduz futbolçu aşağıdakıları yazıb:

"Keçmiş futbolçulara tövsiyyəm isə budur: "Ağzınızı yumun və komandanı dəstəkləməyə başlayın!"

971     
Reklam

Reklam