» » » Kuba Bakıda "Çelsi"nin sabiq baş məşqçisi ilə görüşdü

Kuba Bakıda "Çelsi"nin sabiq baş məşqçisi ilə görüşdü

Məşhur İsrail məşqçisi Avram Qrant Bakıya gəlib.
Premyer.az xəbər verir ki, onunla paytaxtdakı otellərdən birində çəkilən şəkli "Qarabağ”ın polşalı müdafiəçisi Kuba özünün sosial şəbəkədəki səhifəsində paylaşıb. Qrantın Bakıya səfərinin məqsədi hələlik bilinmir.
Qeyd edək ki, Qrant müxtəlif vaxtlarda ölkəsində bir neçə klubu, İsrail milli komandasını, eləcə də  2007-2011-ci illər aralığında İngiltərədə "Çelsi”, "Portsmut”, "Vest Hem Yunayted” klublarını çalışdırıb. Onun sonuncu iş yeri Qana millisi olub.
389     
Reklam

Reklam