
"Zirə”nin "Sumqayıt”la qarşılaşması meydan sahibləri üçün ikiqat
əlamətdar olub. Premyer.az bildirir ki, Topaz Premyer Liqasının III turunda 3:1 hesabı ilə qalib
gələn qəsəbə təmsilçisi ardıcıl 3-cü qələbəsini qazanıb. Bu, paytaxt
klubunun Premyer Liqada 30-cu qələbəsi kimi tarixə düşüb. 3-cü mövsümdür
yüksək dəstədə çıxış edən "Zirə” 30-cu uğuruna 67-ci matçında çatıb.
Görüşdə vurulan 2-ci qol isə Bakı təmsilçisinin 75-ci topu olub.
Yubiley qoluna Vüsal İsgəndərli imza atıb. Matçın sonunadək zirəlilər
qol sayını 76-ya da çatdırıb.