
Bu gün və sabah Topaz Premyer Liqasında II
turun oyunları keçiriləcək. Premyer.az bildirir ki, "Qəbələ” yeni mövsümdə ilk ev oyununa
çıxacaq. Avrokubok matçlarını Bakıda keçirən komanda 2017/18
mövsümündə ilk dəfə Qəbələ şəhər stadionunda oynayacaq. Roman
Qriqorçukun yetirmələri öz meydanında "Sumqayıt”ı qəbul edəcək.
Hər
iki komanda çempionata qələbə ilə başladığından matç turun mərkəzi
oyunlarından biri hesab edilir. Açılış turunda "Qəbələ” "İnter”i,
"Sumqayıt” isə "Kəpəz”i məğlub edib. Hər iki komanda 2:1 hesabı ilə
qalib gəlib.
Avqustun 20-də baş
tutacaq qarşılaşma rəqiblərin 21-ci dueli olacaq. İndiyədək "Qəbələ” və
"Sumqayıt” 20 dəfə görüşüb. Əvvəlki oyunların hamısı Premyer Liqa
çərçivəsində keçirilib.
İlk dəfə
2011-ci il avqustun 14-də üz-üzə gələn komandaların matçlarında "Qəbələ”
aşkar üstünlüyə malikdir. Təkcə bir faktı demək kifayətdir ki,
"qırmızı-qaralar” əvvəlki matçların hamısında qol vurub. Meydanı qolsuz
tərk etməyən komandamızın hesabında 13 qələbə və 5 heç-heçə var.
"Sumqayıt” isə cəmi 2 dəfə qalib gəlib. Düzdür, bunlardan biri sonuncu
oyuna təsadüf edib. Lakin "Qəbələ” son 15 görüşdə yalnız bir dəfə
uduzub. Top fərqində də komandamız böyük üstünlüyə malikdir – 38:16.
"Qırmızı-qaralar”ın
evdəki qarşılaşmalarda üstünlüyü daha böyükdür. Ardıcıl 9 dəfə
qonaqlara qalib gələn "Qəbələ” yalnız son ev duelində xal itkisi ilə
üzləşib. Öz meydanında 22 dəfə fərqlənən komandamız yalnız 5 top
buraxıb.
"Sumqayıt”la oyunlarda
vurulan 38 topda "Qəbələ”nin 23 futbolçusunun imzası var. Daha bir dəfə
rəqib futbolçu Cəmil Hacıyev öz qapısına qol vurub. "Qırmızı-qaralar”ın
sumqayıtlılarla görüşlərdəki bombardiri Viktor Mendi 7 dəfə qola
sevinib. Aleksey Qay və Dodo hərəyə 3, Umar Kalabane, Baqali Dabo, Cavid
Hüseynov və Lorenzo Ebesilio isə 2 qol vurublar.
Xatırladaq ki, avqustun 20-də keçiriləcək "Qəbələ” - "Sumqayıt” oyunu saat 20:00-da başlayacaq.
2011/12 mövsümü
14.08.2011. Premyer Liqa. Sumqayıt Şəhər - Qəbələ - 1:2
Orxan Əliyev, 90+3 - Dodo, 5, Daniel Lopes Kruz, 41
04.12.2011. Premyer Liqa. Qəbələ - Sumqayıt Şəhər - 3:1
Serj Cehua, 37, Dodo, 70, Viktor Mendi, 86 - Samir Abasov, 39
2012/13 mövsümü
26.08.2012. Premyer Liqa. Qəbələ - Sumqayıt - 4:1
Bruno da Silva, 33, Umar Kalabane, 53, 71, Rəşad Abdullayev, 55 - Ruslan Qurbanov, 18
08.12.2012. Premyer Liqa. Sumqayıt - Qəbələ - 0:1
Viktor Mendi, 39
2013/14 mövsümü
19.08.2013. Premyer Liqa. Sumqayıt - Qəbələ - 2:1
Vüqar Əsgərov,4, Ruslan Qurbanov, 62-p. - Yannik Kamanan, 12
25.10.2013. Premyer Liqa. Qəbələ - Sumqayıt - 2:0
Daniel Subotiç, 24, Dodo, 63
02.02.2014. Premyer Liqa. Sumqayıt - Qəbələ - 0:3
Viktor Mendi, 3, Lorenzo Ebesilio, 55, Leonardo da Silva, 57
17.05.2014. Premyer Liqa. Qəbələ - Sumqayıt - 3:1
Viktor Mendi, 39, Lorenzo Ebesilio, 86, Abdulvahid Afolabi, 90+2 - Məhəmməd Qurbanov, 7
2014/15 mövsümü
24.10.2014. Premyer Liqa. Qəbələ - Sumqayıt - 3:1
Cavid Hüseynov, 77, Pavol Farkaş, 88, Ekiqo Ehiosun, 90+2 - Ramazan Abbasov, 40
18.12.2014. Premyer Liqa. Sumqayıt - Qəbələ - 1:1
Məhəmməd Qurbanov, 67 - Cavid Hüseynov, 86 (p.)
08.03.2015. Premyer Liqa. Qəbələ - Sumqayıt - 2:0
Viktor Mendi, 23, 34
08.05.2015. Premyer Liqa. Sumqayıt - Qəbələ - 0:2
Aleksey Qay, 39, Viktor Mendi, 41
2015/16 mövsümü
21.09.2015. Premyer Liqa. Qəbələ - Sumqayıt - 1:0
Aleksey Qay, 90+2 (p.)
21.11.2015. Premyer Liqa. Sumqayıt - Qəbələ - 2:2
Uğur Pamuk, 29, Ağabala Ramazanov, 69 - Cəmil Hacıyev, 40 (ö.q), Samir Zərgərov, 71
14.02.2016. Premyer Liqa. Qəbələ - Sumqayıt - 1:0
Ermin Zets, 69
09.04.2016. Premyer Liqa. Sumqayıt - Qəbələ - 1:1
Aleksey Qay, 65 - Pərdis Fərcad-Azad, 85 (p.)
2016/17 mövsümü
22.09.2016. Premyer Liqa. Qəbələ - Sumqayıt - 2:0
Baqali Dabo, 85; 90
25.10.2016. Premyer Liqa. Sumqayıt - Qəbələ - 2:2
Yusif Nəbiyev, 47; Amil Yunanov, 90+4 (p.) - Rəşad Eyubov, 64; Filip Ozobiç, 73
28.01.2017. Premyer Liqa. Qəbələ - Sumqayıt - 1:1
Vitali Vernidub, 58 - Məhəmməd Qurbanov, 53
29.04.2017. Premyer Liqa. Sumqayıt - Qəbələ - 2:1
Amil Yunanov, 27; Mirabdulla Abbasov, 29 - Asif Məmmədov, 40