» » » Çempionlar Liqası: "Qarabağ" "Samtredia"nı darmadağın edir 5:0 (YENİLƏNİR)

Çempionlar Liqası: "Qarabağ" "Samtredia"nı darmadağın edir 5:0 (YENİLƏNİR)

Bu gün Çempionlar Liqasında II təsnifat mərhələsinin oyunlarına start verilib.

Premyer.az xəbər verir ki, ilk oyun günündə Azərbaycan çempionu "Qarabağ” da mübarizəyə qoşulub. Ardıcıl 4-cü dəfədir ölkəmizi bu turnirdə təmsil edən Ağdam təmsilçisi Bakıda Gürcüstanın "Samtredia” klubunu qəbul edir.
Bundan əvvəlki üç mövsümdə ilk mərhələni adlayan Qurban Qurbanovun komandası bu cütün də favoriti hesab olunur.
Qarşılaşma "Qarabağ”ın avrokuboklardakı ev oyunlarını keçirdiyi Tofiq Bəhramov adına Respublika stadionunda keçirilir.
 
Çempionlar Liqası
II təsnifat mərhələsi, ilk oyun
11 iyul 2017-ci il
21:00. "Qarabağ” (Azərbaycan) – "Samtredia” (Gürcüstan) - 5:0
Qol: Əfran İsmayılov, 10 (pen.); Dino Ndlovu, 37, 45; Donald Guerrier, 83; Miçel, 90.
Baş hakim: Mete Kalkavan
Baş hakimin köməkçiləri: Esat Sancaktar, Erdem Bayik
Dördüncü hakim: Halil Umut Meler (hamısı Türkiyə)
UEFA nümayəndəsi: Qrehem Hover (İngiltərə)
Hakim-inspektor: Vladimir Antonov (Moldova)
Bakı. Tofiq Bəhramov adına Respublika Stadionu
 
"Qarabağ”: 13. İbrahim Şehiç, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 8. Miçel, 9. Dino Ndlovu, 11. Mahir Mədətov, 14. Rəşad Sadıqov (k), 22. Əfran İsmayılov, 25. Ansi Aqolli, 55. Bədavi Hüseynov, 91. Coşqun Diniyev
Ehtiyat oyunçular: 1. Anton Kanibolotski, 7. Rahid Əmirquliyev, 17. Donald Gerryer, 20. Riçard Almeyda, 21. Arif Daşdəmirov, 44. Ağabala Ramazanov, 52. Yakub Jejniçak
 
"Samtredia”: 12. Omar Migineşvili, 3. Laşa Kasradze, 4. Nika Sandoxadze, 6. Culi Mancqaladze, 7. Davit Razamaşvili, 8. Teymuraz Markozaşvili, 10. Nikolozi Sabandze, 22. Giorgi Mçedlişvili, 24. Bakar Balde, 26. Giorgi Datunaşvili, 77. Quram Samuşia
Ehtiyat oyunçular: 30. İlya Sturua, 2. David Mtvilişvili, 11. Giorgi Beriaşvili, 14. Davit Jikia, 17. Akaki Ninua, 18. Jemal Qoqiaşvili, 21. Giqla Burkadze
FOTO: RAUF İSKƏNDƏROV
621     
Reklam

Reklam